Müsavat Məclisinin sessiyası keçirildi

Bu gün Müsavat Partiyası Məclisinin növbəti sessiyası keçirilib.  Nüşabə Sadıxlının sədrliyi ilə keçirilən toplantıda təşkilati məslələrə baxılıb, ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı müzakirələr aparılıb.

İclasda partiyanın başqanı Arif Hacılı geniş məruzə ilə çıxış etdi.

O, çıxışının birinci hissəsində ötən sessiyadan sonra partiyanın gördüyü işlər, qarşıda duran vəzifələr barədə ətraflı məlumat verdi.

Başqan öz çıxışında siyasi məhbuslar məsələsinə toxunaraq qeyd etdi ki, Müsavat Partiyası siyasi məhbusların müdafiəsi istiqamətində ardıcıl fəaliyyət göstərir.  

“Nardaran işi” ilə əlaqədar məhkəmə prosesi də daim diqqətimizdədir. Bu insanlar, elan edildiyi kimi, onların güya radikal dini cərəyana mənsub olmaları, yaxud xarici ölkədən idarə olunmalarına görə yox, indiki rejimə müxalifətdə olduqlarına görə həbs olunublar. Biz onları siyasi məhbus sayırıq və həm  vəkillərimiz vasitəsilə, həm də bilavasitə özümüz onların müdafiəsi ilə məşğuluq”, – Arif Hacılı dedi.

ARİF HACILI HAKİMİYYƏTİ SƏRT TƏNQİD ETDİ

Müsavat başqanı daha sonra hakimiyyətin apardığı siyasəti kəskin tənqid etdi. Arif Hacılı xatırlatdı ki, İlham Əliyev 2 il əvvəl iqtisadi böhranın Azərbaycana heç bir təsir etməyəcəyini bəyan etsə də, nəinki dünyada, hətta MDB məkanında böhranın ən çox hiss olunduğu ölkə məhz  Azərbaycandır.

Arif Hacılı ölkənin milyardlarla vəsaitinin sovurulduğunu, bu səbəbdən böhranın daha da dərinləşdiyini, əhalinin sosial durumunun getdikcə ağırlaşdığını dedi. O, statistik məlumatlara əsasən, Azərbaycanda büdcənin, UDM-in, xarici investisiyaların, əhalinin gəlirlərinin iki dəfədən artıq azaldığını bildirdi.

Müsavat başqanı qeyd etdi ki, Azərbaycanda istər müəllimlər, istər həkimlər, istərsə də digər peşə sahibləri hətta MDB məkanında belə ən az maaş alan təbəqələrdir: “Azərbaycan xalqı zəhmətkeş xalqdır. Necə olur ki, Azərbaycan vətəndaşları Rusiya kimi bir ölkədə, pul qazanır, özlərini və buradakı qohumlarını dolandıra bilir, amma Azərbaycanda – öz vətənində yaşayan vətəndaşlarımız dolana bilmir? Bunun səbəbi Azərbaycan hakimiyyətinin yaratdığı idbar sistemdir”.

“Həkimin, müəllimin 150-200 manat maaş aldığı bir ölkədə Əli Abbasov kimi bir nazir deyir ki, ayda 200-300 min manat pul xərcləyirəm. Azərbaycan hakimiyyətində nəinki korrupsiya və talançılıqla, hətta qətllər törədən, insanları şəxsi zindanlarında saxlayan Hacı Məmmədov kimi, Akif Çovdarov kimi insanlar təmsil olunublar. Bu qədər ağır cinayətlər törədən məmurlara nəinki Elçibəy hakimiyyətində, hətta Vəzirov, Mütəllibov, Kamran Bağırovun hakimiyəti dövründə də rast gəlmək mümkün deyildi” – Arif Hacılı vurğuladı.

Müsavat başqanı əhalinin hakimiyyətdən kütləvi şəkildə narazı olduğunu, sadəcə qorxu və xof sayəsində hələlik bu narazılığın kütləvi etiraza çevrilmədiyini dedi: “150-200 manat maaş alan müəllim, həkim bu hakimiyyətdən necə narazı olmaya bilər? İşsizlikdən əziyyət çəkən gənclər bu hakimiyyətdən necə narazı olmaya bilər?”

Qeyd etdi ki, vətəndaşların öz prezidentindən, öz dövlətindən, öz məmurlarında qorxması ölkəmizin faciəsidir: “Hakimiyyət nümayəndələri insanların onlardan qorxmasından, öyünürlər, amma buna görə öyünmək yox, xəcalət çəkməlidirlər”.

Arif Hacılı bildirdi ki, bu qorxu hissi aradan qalxacaq Azərbaycan demokratik bir dövlətə çevriləcək: Azərbaycanda keçirilən ilk demokratik seçkidə Müsavat hakimiyyətə gələcək və ölkənin köklü problemlərini həll edəcək”.

İSA QƏMBƏR: “PUTİNİN SİYASƏTİ İFLASA MƏHKUMDUR”

Müzakirələr çərçivəsində Məclis üzvləri Xasay Fərzulla, Əlikram Xurşidov, Alya Yaqublu, Cahangir Əmirxanlı, Vəfa Cümşüdlü, Elman Fəttah, Yadigar Sadıqov, Sevinc Hüseynova, Hidayət İsmayıl çıxış etdilər.

Daha sonra söz partiyanın prezidentliyə namizədi, MSDM-in sədri İsa Qəmbərə verildi.

İsa Qəmbər dünyada baş verən proseslər və onların Azərbaycana təsirindən danışdı. Qeyd etdi ki, dünya birliyi keçmiş SSRİ məkanında demokratiyanın bərqərar olması üçün mövcud olan imkanları reallaşdıra bilməyib.

İsa Qəmbərin fikrincə, regionda problemlərin vaxtında həll olunmaması milyonlarla insanın Avropaya, Amerikaya və digər ölkələrə köç etməsinə sabəb olub. Köçün kütləvi xarakter alması inkişaf etmiş ölkələrdə əhalinin narahatçılığına gətirib çlıxarıb ki, bu da millətçi şüarların, demokratik dəyərlərlə tam uzlaşmayan ideyaların uğur qazanmasına zəmin yaradıb.

“Hesab edirəm ki, istər İngiltərədə keçirilən referendumun, istərsə də Amerikada keçirilən prezident seçkilərinin gözlənilməz nəticələri bununla bağlıdır”, – İsa Qəmbər dedi.

İsa Qəmbər bildirdi ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp öz ölkəsinin maraqlarından çıxış etməyə məhkumdur və bu amil fövqəldövlətin dünya siyasətini və Rusiyaya münasibətinin dəyişməsinə imkan verməyəcəyək.  Rusiya prezident Vladimir Putinə gəlincə, İsa Qəmbər əminliklə qeyd etdi ki, onun siyasəti və hakimiyyəti iflasa məhkumdur.

YADİGAR SADIQOV SƏDR SEÇİLDİ

Bu günki sessiyada Məclisin Milli siyasət komissiyasına seçkilər keçirildi. Gizli səsvermənin nəticələrinə görə,  Yadigar Sadıqov 82 səs toplayaraq, komissiyanın sədri seçildi, say komissiyasının sədri Məzahir Məmmədlinin bununla bağlı elan etdiyi protokol təsdiqləndi.

Yığıncaqda həmçinin Məclisin Gender komissiyasının sədri Könül Alının və Qarabağ komissiyasının sədri Şakir Abbaslının hesabatları dinlənildi.

Sonda cari məsələlər müzakirə olundu.

 

 

 

Elçin Hidayət, Mehman Kamran, Mustafa Hacıbəyli

Bastainfo.com



This post has been seen 16 times.

3 thoughts on “Müsavat Məclisinin sessiyası keçirildi

  • 03.12.2016 at 05:53
    Permalink

    My developer is trying to convince me to move to .net from PHP. I have always disliked the idea because of the costs. But he’s tryiong none the less. I’ve been using Movable-type on a variety of websites for about a year and am worried about switching to another platform. I have heard fantastic things about blogengine.net. Is there a way I can import all my wordpress posts into it? Any kind of help would be greatly appreciated!|

    Reply
  • 06.12.2016 at 22:32
    Permalink

    I have been browsing online more than three hours today, yet I never found any interesting article like yours. It’s pretty worth enough for me. In my opinion, if all site owners and bloggers made good content as you did, the net will be much more useful than ever before.|

    Reply
  • 07.12.2016 at 11:08
    Permalink

    6781 628394I added this post to my favorites and program to return to digest far more soon. It is effortless to read and recognize as effectively as intelligent. I truly enjoyed my 1st read by way of of this post. 402458

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: