Bir qadının uğuru, ya uğursuzluğu?

Zaman- zaman bir sual məni çox düşündürür.

“Görəsən bir qadın üçün ən böyük uğur nədir ?”

Təbiiki, bu obyektiv sual olsa da, cavablar fərdi yanaşmaya əsaslanacaq. Bəlkə də qadının uğuru deyilən bir anlayış yoxdur. Bəlkə uğurun özü belə yoxdur…
Deyəcəksəniz niyə?

Biz qadınların ən böyük uğuru onların ailəsinin olmasıdır. Amma bu ailə yalnız biz qadınlaramı məxsusdur?

Kişilər bu uğurun hansı hissəsinə aiddir ?
Məndə bir evli qadın olaraq çox düşünürəm, əslində ailəmin gözəl və mükəmməl olmasında daha çox öhtəlik kimdə olmalıdır deyə. Məsələn daha fədakar və toparlayıcı qüvvə… ?

Xoşbəxt ailə bir nəfərin əməyi və zəhməti ilə başa gəlmir. Bu xoşbəxtlik ailə fərdlərinin mübarizliyi, bir-birinə sevgi və hörmət içərisində yanaşmasından asıldır.Və sizcə gözəl ailəyə sahib olmaq bir uğurdurmu?
Mən bunu deyə bilmərəm …Çünkü bu sualın cavabını özümdə belə tapmamışam. Bu gün Azərbaycan cəmiyyətinin neçə faizinin xoşbəxt olduğunu görmək olar?

Bax ən önəmlisi budur. Maraqlıdır bizim ölkənin qadınları nə qədər xoşbəxtdir? Bu gün kənardan xoşbəxt görünən ailələrin iç dünyasına nəzər saldıqda orda xoşbəxtlik görmürük. Orda acı, kədər, üzüntü, zoraklıq, xəyanət və ən əsası qətil belə görürük. Sizcə buna səbəb nədir?

Görəsən niyə Azərbaycan ailəsi daha xoşbəxt deyil?!

Niyə Azərbaycan Qadını bu qədər həm ailədə həmdə cəmiyyətdə əzilir?

Niyə öldürülür?

Niyə ona xəyanət edilir?

Niyə zorakılığın hər növünə məruz qalır?

Niyə sevinərək getdiyi ər evindən gözü yaşlı və bir daha xatırlamaq istəmədiyi halda tərk edir?

Niyə boşandıqdan sonra məhkəmə qapılarında aliment üçün sürünür?
Bu niyələrim çox ola bilər. Bəzən düşünürəm bəlkə bu edilənlərin günahı bizdədir. Bəlkə biz özümüzə yetəri qədər dəyər vermirik. Bəlkə biz qadınlar yalnız gözəllik mücəsimməsi olmağı seçirik nəyinki güclülük?

Düşünürəm görəsən niyə biz hər zaman günahlananıq…Niyə biz aldadılanıq…Niyə döyülürük…Niyə təhsilimiz ola-ola dört divara möhtac qalırıq.. Sizcə günah bizdə deyilmi? Deyəcəksiz o nə deməkdir?
Deyəcəksiz Ləman qadın düşmənidir… Axı sən qadın haqlarından hər zaman yazmısan və yazırsan… Doğrudur ! – mən hər zaman insan haqqlarından özəlliklə qadın və uşaqların haqqlarından yazmışam. Amma hər şeydə kişini günahlandırmaq olmaz ki! Son günlər qadın ölümlərinin sayı artmaqdadır.

Baxırsan və araştırırsan ki, 16-17 yaşında ərə zorla verilənlər bəlli bir yaşa çatanda onlara verilən işkəncələrə dözməyib etiraz etdən ailə daxili münaqişələr olduqa çoxdur. Gəlin məsələnin digər üzünə baxaq. Bu qızları kim ərə verir ata və ana. Özəlliklə də ana. Yaxşıdır, imkanlıdır get daha nə istəyirsən. Ac və susuz qalmayacasan.

Sənə istədiyini alacaq istədiyini yedizdirəcək deyir. Və ya qonşunun qızı ərə getdi mənim qızım niyə ərə getmir deyərək qızına ər axtarmağa başlayır. Doğuluşuna sevinməyib, cehizini yığan biz analar deyilmiyik ?

Gəlinliklə çıxdın kəfənlə deyən, oğlumuzla qızımız arasında fərq qoyan , təhsilimiz ola-ola ərin istəmir işləmə və ya işlədiyin halda sənin işdən çıxmanı öz ayaqların üstündə durağı öyrətməyən ərin nə qazanar onla yaşayarsan deyən, 18 yaşımız olduqda toylara götürülən və bununla kifayətlənməyib hər toy üçün müxtəlif geyim alan,fərqli makiyajlar etdirən, ali təhsil ocağına min bir əzabla hazırlaşıb girdiyimiz halda elçi gəldikdən sonra atamızın daha nişanlısan otur evdə deməsinə susan, ər evində döyülməmizə rağmən ailədə olar elə şeylər deyən, kişi gəzər, kişi gec gələr sən səbr elə deyən , ərə getməyin nə qədər önəmindən danışaraq beynimizin ətini yeyib , xoşbəxt olmağımızı düşünməyən, sevir- sevmir maraqlanmadan, yaşımızın keçdiyini önə sürən yenə biz analarıq…

Bu siyahı o qədər uzundur ki… Və biz qızlarda analarımızdan qalma geri düşüncəsi ilə eyn şeyləri uşaqlarımıza yeridirik.Yeni bədbəxt nəsillərin körpüsünü qurmaq üçün…

Sonrada deyirik ki, bir qadının uğuru onun ailəsidir! Əslində bir qadının uğuru onu öz ayaqları üstündə dura bilməsi, əlini əməyə çatdırmaqdır. Cəmiyyətə faydalı insandan(qadın, kişi) fərq etməz, və ziyan gəlməz! Əgər doğurdan da qızınızın xoşbəxt olmasını istəyirsinizsə , ona şəxsiyyət kimi yanaşın.

Yahudilər dünyanın ən kiçik dövlətlərindəndir. Amma ən xoşbəxt və uğurlu insanlar ordan çıxır. Heç sual verdinizmi niyə ? Çünki onların ailələrində yetişən qadınların əsas amalı – övladlarına şəxsiyyət kimi yanaşmaqdır !!!

Bu dünya var olduqca insane hər bir hadisə ilə üz –üzə gələ bilər.Əsas olan övladınızın , xüsusiləqızınızın -evlənəndə və boşananda belə arxasında durmaqdır. Onu deyim bir qadın boşanırsa deməli daha tükənmişdir.

Acılara,iztirablara,işgəncələrə,aldatmalara tükənmişdir… Bir qadın Azərbaycan cəmiyyətində müəllim və həkim olmaqla yanaşı polis, vəkil, millət vəkli, baş nazir və prezident ola bilər. Və bu güclü şəxsiyyəti siz analar yetişdirməlisiniz. Unutmayın qadının gücü bir güclü qadın yetişdirməsidir . Və əslində ən uğurlu qadın gələcəyinin sərmayesinin ayaqlarının üzərində duraraq qazanandır.
Deyəcəklərimə dahi lider Atatürkün kəlməsi ilə bitirmək istəyirəm:

Bir toplum, bir millet kişi və qadın deyilən iki cins insandan meydana gəlir. Mümkün müdür ki, bir toplumun yarısı toraqlara zıncirlərə bağlı qaldıkça, digər hissəsiı göylərə yüksəlsin!

 

Ləman Süleymanlı

 

Bastainfo.com



This post has been seen 10 times.

One thought on “Bir qadının uğuru, ya uğursuzluğu?

  • 07.12.2016 at 17:25
    Permalink

    646499 918782Hey there guys, newbie here. Ive lurked about here for a little while and thought Id take part in! Looks like youve got quite a good place here 871785

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: