Erdoğan: “Türkiyə Şanxay blokuna qoşula bilər”

Prezident Recep Tayyip Erdogan bildirib ki, Türkiyənin Avropa İttifaqına qoşulmağa ehtiyacı yoxdur və əvəzində Çin, Rusiya və Mərkəzi Asiya ölkələrinin üstünlük təşkil etdiyi təhlükəsizlik blokuna qoşula bilər.

NATO üzvü olan Türkiyənin 11 il ərzində aparılan danışıqlardan sonra Aİ-ə üzv olması perspektivləri hazırda daha uzaqda görünür.

Avropa liderləri Türkiyəni tez-tez demokratik azadlıqların vəziyyətinə görə tənqid edirlər, Ankara isə Qərb liderlərinin “amiranə tonda danışmasını” çətinliklə qəbul edir, Reuters yazır.

“Türkiyə özünü sərbəst hiss etməlidir. Deməməlidir ki, “nəyin bahasına olursa-olsun Aİ-də olmalıyam”. Bu mənim fikrimdir”, Hurriyet qəzeti Pakistan və Özbəkistan səfərindən yenicə dönmüş cənab Erdoğandan sitat gətirir.

“Niyə Türkiyə Şanxay Beşliyində olmamalıdır? Mən bu barədə cənab Putinə, cənab Nazarbayevə və Şanxay Beşliyində olanlara dedim”, o əlavə edib.

“Ümid edirəm ki, əgər işlər yaxşı gedərsə, mən Türkiyənin Şanxay Beşliyinə üzvlüyü barədə düşünəcəyəm. Bu Türkiyəyə daha da sərbəstlik verəcək”.

Çin, Rusiya və dörd Mərkəzi Asiya ölkəsi – Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan 2001-ci ildə Şanxay Əməkdaşlıq Təşkilatını yaradıb. Təşkilat radikal İslamdan gələn təhdidlər və Əfqanıstandan qonşu ölkələrə yayılan narkotik qaçaqmalçılığı ilə mübarizə edən regional təhlükəsizlik bloku rolunu oynayır.

Türkiyə 2013-cü ildə bu təşkilatda dialoq üzrə tərəfdaş statusunu alıb.

 

Bastainfo.com



This post has been seen 22 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: