Qəbul imtahanında iştirak üçün ödəniləcək məbləğ müəyyənləşib

Məleykə Abbaszadə: ”Buraxılış və qəbul imtahanlarının nə zaman birləşəcəyini demək çətindir”
“Buraxılış və qəbul imtahanı 20 ildir, müzakirə mövzusudur. Nədənsə hamı çalışır ki, təhsil sistemində olan problemlərin hamısı yalnız imtahan vasitəsilə həll olunsun. Amma bu, mümkün deyil”.

APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, buraxılış imtahanı tədrisdəki dəyişikliklərə uyğun olaraq dəyişilir. 9 il əvvəl şagirdlərin məktəblərdə yeni kurrikuluma keçdiyini xatırladan M. Abbaszadə vurğulayıb ki, yeni tələblərə əsasən, uşaqların bilik və bacarığının ölçülməsi həyata keçirilməlidir.

Sədr qeyd edib ki, artıq orta ixtisas məktəblərinə və texnikumlara qəbulu abituriyentin buraxılış imtahanının (3 fəndən – ana dili, riyaziyyat və xarici dil) nəticəsinə əsasən, həyata keçir: “İkincisi, qabiliyyət tələb edən ixtisaslara qəbul üçün abituriyentlər yalnız buraxılış imtahanı, sonradan qabiliyyət imtahanı verməlidirlər. Ancaq elə ixtisaslar var ki, abituriyent yalnız 3 fəndən imtahan verərək müsabiqədə iştirak edə bilməz. Bunun üçün yavaş-yavaş buraxılış imtahanlarında fənlərin sayı artmalıdır. Deməli, vahid imtahana keçmək üçün həm fənlərin sayı artmalı, həm də imtahanın forma-modeli dəyişməlidir. Çünki məktəblərdə artıq yeni kurrikulum tətbiq olunur. Buraxılış və qəbul imtahanlarının nə zaman birləşəcəyini demək çətindir. Çünki builki IX sinfin buraxılış imtahanlarının nəticəsinə görə araşdırma aparılacaq. Yalnız bundan sonra biz bununla bağlı hansısa dəqiq fikir söyləyə biləcəyik”.
M.Abbaszadə deyir ki, Dövlət İmtahan Mərkəzi Azərbaycanda keçiriləcək imtahanlarda iştirak üçün ödəniləcək tarifləri müəyyənləşdirib: “Lakin Nazirlər Kabineti bizim fəaliyyətimizə aid olan xidmətləri müvafiq sənədə daxil etməyib. Bizim xidmətlər müvafiq sənədə daxil olmalıdır ki, Tarif Şurasına müraciət edə bilək. Həmin xidmətlər dövlət tərəfindən tənzimlənir”.

M. Abbaszadə bildirib ki, onlar xidmətlərin neçəyə başa gəlməsi, verilən büdcə pulunun necə istifadə olunmasını müəyyənləşdiriblər: “Bilirik ki, hər bir iştirakçı üçün imtahan neçəyə başa gəlir. Amma Tarif Şurasına müraciət edəndə hansısa dəyişikliklər ola bilər. Onu da nəzərə almaq lazımdır ki, biz indi müəyyən vergi ödəyicisiyik və bu, qiymətlərdə nəzərə alınacaq. Yanvarın 1-dən bizə 1 milyon manat dəyərində nizamnamə fondu ayrılıb. Amma bu da yalnız bir fonddur. Biz yalnız pullu xidmət göstərib, hansısa gəlir əldə edib, işçilərə maaş verə bilərik”.
Sədr deyib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ləğv olunaraq Dövlət İmtahan Mərkəzinə birləşdirilməsi prosesi tam başa çatıb.

M.Abbaszadə bildirib ki, mərkəz artıq dövlət qeydiyyatına alınıb.

Hazırda DQMK və TQDK-nın ləğvetmə komissiyaları maddi-texniki baza ilə əlaqədar iş aparır: “Artıq hər iki quruma həvalə olunan işlər mərkəz tərəfindən birgə həyata keçirilir. Ləğv olma və birləşmə prosesi gedən zaman da biz hər iki quruma həvalə olunan işləri davam etdirirdik, bu işlər paralel aparılırdı”.

 

Bastainfo.com



This post has been seen 34 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: