Axtarış zamanı şəxsin soyundurulması zəruri olarsa videoçəkiliş aparılmayacaq

Azərbaycanda şəxsi axtarış və götürmə zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda video çəkilişlər aparılmayacaq.

“Report”un xəbərinə görə, bununla bağlı Cinayət-Prosessual Məcəllənin 246-cı maddəsinə (şəxsi axtarış və götürmə) yeni bənd əlavə edilməsi təklif edilir.

Dəyişiklik layihəsinə əsasən, şəxsi axtarış və götürmə zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda video çəkilişlər aparılmır. Bu halda şəxsi axtarış və götürmə müstəntiqin tapşırığı ilə barəsində həmin istintaq hərəkəti aparılan şəxslə eyni cinsdən olan şəxslərin iştirakı ilə aparılır.

Dəyişiklik layihəsi Milli Məclisin noyabrın 29-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Bastainfo.com



This post has been seen 23 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: