Azərbaycanda bəzi ərzaq məhsullarının qiyməti bahalaşdı

2016-cı ilin oktyabr ayında bəzi ərzaq və tərəvəzlərin, o cümlədən alma, limon, naringi, heyva, nar, xurma, soğan, kələm və balqabağın qiymətlərində ucuzlaşma müşahidə olunub. Bu barədə AzərTac-a Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata əsasən, cari ilin oktyabr ayında istehlak məhsullarının və xidmətlərin qiymətləri sentyabr ayına nisbətən 1,3 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,3 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 1,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,2 faiz bahalaşıb.

Ay ərzində düyünün, unun, makaron məmulatlarının, qarabaşaq, yulaf və arpa yarmasının, mal, qoyun və toyuq ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, süd məhsullarının, yumurtanın, kərə və bitki yağlarının, şəkər və şəkər tozunun, şokolad və konfetlərin, qəhvə, çay və kakaonun, armudun, üzümün, göyərtinin, pomidorun, xiyarın, kartofun, kökün, çuğundurun, sarımsağın qiymətlərində bahalaşma müşahidə olunub.

Oktyabr ayında sentyabr ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, ev üçün toxuculuq məmulatlarının, zərgərlik məmulatları, şüşə məmulatları, yemək qabları və əşyalarının, məişət cihazlarının, telefon və fotoaparatların, dəftərxana ləvazimatlarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin qiymətlərində bahalaşma qeydə alınıb. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən mənzillərin icarə haqlarının, paltarların təmizlənməsi, təmiri və kirayəsinin, ayaqqabıların, məişət cihazlarının, mebel, ev əşyaları və döşəmə örtükləri, avtomobil təmiri xidmətlərinin, stomatoloji xidmətlərin qiymətləri bahalaşıb, hava və dəmiryolu nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşıb.

Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Bastainfo.com

One thought on “Azərbaycanda bəzi ərzaq məhsullarının qiyməti bahalaşdı

  • 01.12.2016 at 23:33
    Permalink

    I’m impressed, I have to admit. Rarely do I encounter a blog that’s equally educative and engaging, and let me tell you, you’ve hit the nail on the head. The problem is something not enough folks are speaking intelligently about. I’m very happy I found this during my hunt for something concerning this.|

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: