Cəlilabadda iş adamı niyə saxlanılıb?

“Qeyri-etik şəkillərə görə hər kəsdən üzr istəyirəm, amma…”

Sosial şəbəkədə Cəlilabadda iş adamı Elşad Təhməzovun həbs edilməsi haqqında məlumat yayılıb.

“Qeyri-etik şəkillərə görə hər kəsdən üzr istəyirəm, amma başqa çıxışım yox idi. Bu gün, Elşad Təhməzovu Bakıdə həbs ediblər. Əziz Əzizov  (Cəlilabadın icra başçısı) nəhayət ki, Elşadı ələ keçirə bildi. Şəkildəki qızı rayonumuzun gəncləri yaxşı tanıyır… İddiaya görə, Elşad bu “günahsız” qızı zorlayıb, amma hər kəsə aydındır ki, bu Əziz Əzizov və Eldar Səfərovun bir planıdı. .. Əsas məsələ Əzizova maneçilik törədən Elşadı aradan götürmək idi, onu da ustalıqla bacardılar”, – bunu Cəlilabad sakini feysbuk səhifəsində yazıb, şəkildə olan qızların (onların adları da çəkilir) icra başçısının tapşırığı ilə iş adamının üzünə durduğunu iddia edib.

Cəllibadda olan başqa bir mənbə isə “Basta”ya bildirib ki, əslində məsələnin məğzi tam başqadır.

“Əslində bu məsələ Elşad  Təhməzovla Əziz Əzizov arasında deyil.  Onlar bir-biri ilə isti münasibətdə olublar, məsələnin kökündə başqa intriqa dayanır. Söhbət icra başçısı ilə polis rəisi arasında olan intriqadan gedir. Burada haqqında danışmaq istəmədiyim, amma bütün cəlilabadlıların bildiyi bir şıdırğı gəlir sahəsi var, unun üzərində nəzarəti ələ almaq uğrunda mübarizə gedir.  Cəlilabadın mal bazarı Elşad Təhməzovun ailəsinə məxsusdur. Eşlad gil nəsilliklə hakimiyyətə sadiq adamlardı. Təhməzovu müdafiə edənlər hesab edirlər ki, Əziz Əzizov aralarında olan sıcaq münasibətə görə, onu vəziyyətdən çıxarmalıydı. Əziz Əzizov isə iki səbəbdən bunu etmir. Ehtimal olunur ki, Əzizov perspektivdə Mal bazarını bunların əlindən almaq istəyir. İkincisi, indi Cəlilabaddda icra başçısı ilə polis idarəsi arasında başqa bir intriqa var – Əzizov həmin intriqanın böyüməsini istəmir”, – mənbə deyib.

Mənbə iddia edir ki, rəislə başçı rayonda hər kəs üçün bəlli olan bir sahəyə nəzarət uğrunda bir-biri ilə mübarizə aparırlar. 

Mənbə bildirir ki, Elşad Təhməzovun saxlanması haqqında qərar çoxdan qəbul edilsə də, onun həbs olunduğu barədə məlumat yalnız dünən yayılıb.

“Bu cinayət işi 2011-ci ildə başlanıb. Sonra adı çəkilən qızın Lənkəranda pasport qeydiyyatı olduğu üçün, işi də Lənkəran Polis İdarəsi aparıb. Lənkəranda Elşad Təhməzov işi öz xeyrinə həll etmişdi. Təkrar şikayətdən sonra işi Cəlilabad Polis Şöbəsinə təkmil istintaqa qaytarıblar. Bundan sonra məhkəmə Elşad Təhməzovun saxlanması haqqında qərar verib”, – mənbə bildirib.

Bastainfo.com

2 thoughts on “Cəlilabadda iş adamı niyə saxlanılıb?

  • 30.11.2016 at 21:50
    Permalink

    744933 689040hey, your internet internet site is exceptional. We do appreciate your function 501413

    Reply
  • 02.12.2016 at 08:09
    Permalink

    Asking questions are genuinely fastidious thing if you are not understanding something totally, however this article offers good understanding yet.|

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: