Müsavat hakimiyyətdən Əli Abbasovla bağlı izahat istədi

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyadan “Basta”ya təqdim olunan məlumatda bildirilir ki, iclasda əvvəlcə Divan üzvü Razim Əmiraslanlı görülən işlər və qərarların icra vəziyyəti barədə məlumat verib.

Müsavat Partiyasının başqanı Arif Hacılı mərhum müsavatçı, Məclis üzvü Könül Turan Türkün anım mərasiminin təşkilində fəallığına görə Gənclər Təşkilatına və Qadınlar Birliyinə təşəkkür edib.

Partiyanın başqanı Arif  Hacılının, Divan üzvü Razim Əmiraslanlının, şöbə müdiri Kərimxan Zeynalovun Nardaran hadisələri ilə bağlı məhkəmə prosesində iştirakları barədə məlumat verilib.

Divan Ali Məhkəmənin vicdan məhbusları Tofiq Yaqublu və İlqar Məmmədov barədə qərarın dəyişdirilmədən saxlanılmasını hakimiyyətin beynəlxalq qurumlara, sivil dinyaya qarşı hörmətsizliyin təzahürü kimi qiymətləndirərək, bu siyasi sifarişli qərara etirazını bildirib.

Divan ictimaiyyətdə MTN prosesi kimi tanınan məhkəmə işində keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun və digər vəzifəli şəxslərin külli miqdarda xərcləri ilə bağlı məlumatlar, korrupsiyanın dövlət səviyyəsində leqallaşmasının təsdiqi kimi qiymətləndirib, bu məsələlərin dövlət büdcəsinin talan edilməsi kontekstində araşdırılmasını, cəmiyyətə geniş məlumat verilməsini tələb edir.

Yığıncaqda Müsavat üzvlərinin ABŞ-ın Azərbaycandakı səfirliyində keçirdiyi görüşlər barədə məlumat verildi.

Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi ilə keçirilmiş Referendumla bağlı Müsavat Partiyasının yaratrdığı “Respublika” təşviqat qrupunun ayrı-ayrı üzvlərinin fəaliyyəti müzakirə edilib və müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub.

Divan BMT-də Krımın işğalı ilə bağlı məsələlər müzakirə edilərkən Azərbaycan nümayəndə heyətinin səsvermədən yayınmasını beynəlxalq hüquq normalarına zidd, işğalçı Rusiya dövlətinin mənafeyinə uyğun hesab edir.

Bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: