Əli Abbasov YAP-dan çıxarılacaqmı? Aydın Mirzəzadədən ilginc cavab

Keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov haqqında mətbuatda vaxtaşırı təzadlı informasiyalar yer alır.

Onun “Rabitə işi” ilə əlaqədar istintaqa çağrıldığı barədə də söhbətlər səngimir. Qeyd edək ki, “Rabitə işi”nin istintaqı sabiq məmurların ciddi korrupsiya əməllərini açıb ortaya qoymaqdadır.

Diqqət çəkən digər bir məqam keçmiş nazirin hələ də YAP-ın üzvü olaraq qalmasıdır.

Yaxın vaxtlarda keçmiş nazirin YAP-dan uzaqlaşdırlması məsələsi gündəmə gələ bilərmi?

Hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə Modern.az-a açıqlamasında YAP-dan hansı formada uzaqlaşdırılmağın mümkün olduğu barədə danışıb:

“Yeni Azərbaycan Partiyasından 3 halda çıxmaq mümkündür. Birinci halda şəxsi təşəbbüslə.. bu zaman partiyadan çıxmaq barədə ərizə ilə müraciət olunur.
İkinci halda, cinayət hadisəsi törədərsə, üçüncü halda isə partiyanın imicinə xələl gətirən hərəkətə yol verərsə. Bu hallarda şəxsin partiyadan çıxarılması mümkündür”.

YAP-çı deputatın sözlərinə görə, hələ ki Əli Abbasovun YAP-dan çıxmaq məsələsi gündəmdə deyil:

“Düzdür, Əli Abbasovla bağlı mətbuatda çox yazılar yazılır. Hələ ki onun haqqında nə məhkəmə qərarı, nə də cinayətlərdə iştirakı barədə rəsmi bir açıqlama var. Ona görə də partiya Əli Abbasovun üzvlük məsələsinə hələ ki baxa bilməz. Bu baxımdan prosesin gedişatından asılı olaraq qərar da qəbul edilə bilər. Amma hələ ki bu məsələ gündəmdə deyil”.

Qeyd edək ki, Əli Abbasov hazırda YAP Siyasi Şurasının üzvüdür.

Bastainfo.com



This post has been seen 11 times.

4 thoughts on “Əli Abbasov YAP-dan çıxarılacaqmı? Aydın Mirzəzadədən ilginc cavab

  • 01.12.2016 at 00:10
    Permalink

    889074 290561Maximize your by how a large amount of gear are employed internationally and will often impart numerous memory employing that your is also fighting that is actually a result from our team rrnside the twenty 1st centuries. day-to-day deal livingsocial discount baltimore washington 863190

    Reply
  • 01.12.2016 at 23:07
    Permalink

    Please let me know if you’re looking for a author for your weblog. You have some really good articles and I feel I would be a good asset. If you ever want to take some of the load off, I’d really like to write some material for your blog in exchange for a link back to mine. Please shoot me an email if interested. Cheers!|

    Reply
  • 07.12.2016 at 20:30
    Permalink

    When someone writes an piece of writing he/she retains the image of a user in his/her mind that how a user can know it. So that’s why this article is amazing. Thanks!|

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: