ABŞ dövlət katibinin müşaviri müxalifətlə görüşdü

Bu gün ABŞ dövlət katibinin müşaviri Bricit Brink müxalifət təmsilçiləri ilə görüşüb.

Görüşdə Müsavat başqanı Arif Hacılı, AXCP sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli və Real vətəndaş hərəkatının təmsilçisi Natiq Cəfərli iştirak ediblər.

“Basta”nın Müsavat Partiyasından aldığı məlumata görə, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, siyasi məhbuslar və insan haqlarının durumu, ABŞ-da keçirilən son seçkilər və ABŞ-Azərbaycan münasibətlərinin inkişafı müzakirə olunub. Müzakirələrə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta da qatılıb.

Bricit Brink bu gün həmçinin ölkə başçısı İlham Əliyevlə görüşüb.

 

Bastainfo.com



This post has been seen 39 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: