ABŞ dövlət katibinin müşaviri müxalifətlə görüşdü

Bu gün ABŞ dövlət katibinin müşaviri Bricit Brink müxalifət təmsilçiləri ilə görüşüb.

Görüşdə Müsavat başqanı Arif Hacılı, AXCP sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli və Real vətəndaş hərəkatının təmsilçisi Natiq Cəfərli iştirak ediblər.

“Basta”nın Müsavat Partiyasından aldığı məlumata görə, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, siyasi məhbuslar və insan haqlarının durumu, ABŞ-da keçirilən son seçkilər və ABŞ-Azərbaycan münasibətlərinin inkişafı müzakirə olunub. Müzakirələrə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta da qatılıb.

Bricit Brink bu gün həmçinin ölkə başçısı İlham Əliyevlə görüşüb.

 

Bastainfo.com

3 thoughts on “ABŞ dövlət katibinin müşaviri müxalifətlə görüşdü

  • 22.11.2016 at 19:32
    Permalink

    Bir ildir işsiz qalmışam iş tapa bilmirəm işləməyə ailəliyəm Üc övladım var ücüdə oxuyur orta məktəbdə məktəb xərclərin ödəyə bilmirəm.Yanlarında qalmışam üzü qara Şirvan şəhərinin məmurlarının üzləri olsun qara ! Mənim kimi minlərnən yiyəsiz sakinlər bu vəziyyətdədir.Məmurların bütün nəsilləri yaxşı işlərdə işləyirlər sosal yardım alırlar saxta yollarnan pensiya alırlar ancaq biz vətəndaşlara yer yoxdur,deyirlər get kanalzaşik işlə ayrı hec bir işimiz yoxdur.Bir ildir Sirvan şəhər məşğulliyətinə qeyd olunmuşam xeyri nə ?Bizləri hec bir məmur qəbul etmir buda Azərbaycanın Şirvan sənaye şəhəri !Zülmə son !

    Reply
  • 02.12.2016 at 01:20
    Permalink

    Heya i’m for the first time here. I found this board and I find It truly useful & it helped me out a lot. I hope to give something back and aid others like you aided me.|

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: