Azərbaycanda qeyri-sabit hava – Xəbərdarlıq

Noyabrın 22-si gündüzdən 23-ü gündüzədək Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi, fasilələrlə qar yağacağı gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, havanın minimal temperaturu 23-24-də 0-4° şaxta təşkil edəcək. Şəhər ətrafı ərazilərdə yolların buz bağlama ehtimalı var.

Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraiti noyabrın 24-dək davam edəcək. Arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.  

 

Bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: