“Beynəlxalq oyunlara problemsiz hazırlıq gedir” – Nazir

“IV İslam Həmrəylik Oyunları və “Formula-1″ üzrə Avropa Qran-pri yarışlarına hazırlıq işləri qaydasında, plan üzrə gedir”.

APA-nın xəbərinə görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir qeyd edib ki, hazırlıq işləri ilə bağlı heç bir problem yoxdur: “Bütün işlər nəzərdə tutulan vaxtda başa çatdırılacaq”.

Qeyd edək ki, IV İslam Həmrəylik Oyunları və “Formula-1” üzrə Avropa Qran-pri yarışları 2017-ci ildə Bakıda keçiriləcək.

 

Bastainfo.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: