Dollar yenə bahalaşdı

Noyabrın 22-də Azərbaycan Mərkəzi Bankının valyuta hərracında dolların məzənnəsi yenidən artıb.

Mərkəzi Bankın məlumatında deyilir ki, hərrac 1USD/1,7091AZN məzənnə ilə başlayıb və 1,7146AZN ilə başa çatıb.

Kommersiya banklarında isə dolların satış məzənnəsi 1,77 manatı ötüb.

Oktyabrın ortalarından Amerika valyutası bahalaşmağa başlayıb və ötən həftə proses dayanmışdı.

Ekspertlər ehtimal edirlər ki, 2016-ci ilin sonunadək dollar1,80-1,85 manat olacaq.

Bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: