Fikrət Fərəməzoğlunun məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində “jam.az” saytının baş redaktoru Fikrət Fərəməzoğlunun cinayət işi üzrə məhkəməsinin hazırlıq iclası başlayıb.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. F.Fərəməzoğlunun vəkili Elçin Sadıqov vəsatətlə çıxış edərək, cinayət işinə xitam verilməsi və təqsirləndirilən şəxs barəsində həbs- qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib. 

Müşavirədən sonra hakimlər kollegiyası vəsatətin təmin edilmədiyi və işin baxışa təyin edilməsi barədə qərarı elan edib. Məhkəmənin baxış iclası dekabrın 6-na təyin edilib, – bizimyol.info məlumat verir

F.Fərəməzoğlu Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham edilir. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, görə, Xətai rayonunda yerləşən restoranlardan birinin sahibi olan paytaxt sakini DİN-ə müraciət edərək İbişbəyli Fikrət Fəraməz oğlunun rəhbəri olduğu “JAM.az” və digər saytlarda obyektinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığını, həmin yazıları saytdan çıxarmaq müqabilində bu ilin aprel ayında ondan 1000 manat aldığını və gələcəkdə bu səpkili materialların yazılmaması üçün hər ay 5000 manat tələb etdiyini bildirib. “Aparılan araşdırmalarla müraciətdə göstərilən xüsusatlar öz təsdiqini tapıb və həyata keçirilmiş əməliyyat tədbirləri ilə Fikrət İbişbəyli iyunun 30-da həmin şəxsdən eyni üsulla 3000 manat alarkən saxlanılıb”. Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanılaraq F.İbişbəyli barəsində həbs-qətimkan tədbiri seçilib. İlkin istintaqla Fikrət İbişbəylinin ətrafına bir qrup şəxs toplayaraq çoxsaylı sahibkar və vəzifəli şəxslərin barələrində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə onlardan külli miqdarda pul alması müəyyən olunub. Araşdırmalar zamanı adları istintaqa məlum olan ayrı-ayrı vətəndaşlar da Fikrət İbişbəylinin onlara qarşı analoji cinayətlər törətdiyi barədə müraciətlər ediblər” – deyə DİN-in məlumatında bildirilir.

Bastainfo.com

2 thoughts on “Fikrət Fərəməzoğlunun məhkəməsi başladı

  • 02.12.2016 at 15:30
    Permalink

    Thanks for sharing your thoughts about %meta_keyword%. Regards|

    Reply
  • 04.12.2016 at 19:28
    Permalink

    370704 667491I come across your webpage from cuil and it is high quality. Thnkx for giving this sort of an incredible write-up.. 278589

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: