Mirzə Sakit – “Cəhalət artdıqca gözüm yaş gəzir”

Qanadı qırılan qartal da sərvət,
Onun daş qoparan caynağı vardı
Sən dərə dibində gəzəndə xəlvət,
Qartalın səmada oylağı vardı

Doğma elatları düşmən çalınca,
Başını qoymuşdun yumşaq balınca,
Bizə deyən zaman – Gəlin dalımca,
Əlində ingilis bayrağı vardı

Dilində yoxdusa bir dürüst kəlmə,
Sərraflar əyləşən məclisə gəlmə
Hündürdə dayanıb çobana gülmə,
Çobanın dağlarda yaylağı vardı

Yetimin ovcunda boyat loxmada,
Gözlərin dikilib qaldı baxmada
Dul qarı yaşayan köhnə daxmada,
Ər kişi deyilən xeylağı vardı

Tərəzinin gözün qəsdlə əyirsən,
Özün də and içib “haqq” söyləyirsən
İndi uzaqdayam – Gülüb deyirsən,
Mirzənin tuşlanan barmağı vardı…15094520_793346030803851_6872321658849939865_n

Hərdən öz ömrümə gülməyim gəlir,
Guya ki, insanam yaşayıram mən
Ömrümə güldükcə ölməyim gəlir,
Heyf insan adın daşıyıram mən

Arzumu tapdılar qar sularından,
Əriyib getmişdi arzularımdan
Niyyətim üsyandır, arzularım qan,
Qan çıxmayan yeri qaşıyıram mən

Cəhalət artdıqca gözüm yaş gəzir,
Bir dinim var idi, o da baş kəsir
Qarşıda məzlumun yolun daş kəsir,
Daş qəlblilər qoymur, daşı yaram mən

Allah bəndə borcun sayır ovcuna,
Özü də boylanmır bəndə borcuna
Allahın borcunu yığın xurcuna,
Dərviş tək çiynimdə daşıyaram mən

Cənnət buğdasıyla “gəldik ərsəyə”,
Adəm dirsək tutdu, baxdıq dirsəyə
Həvvanı versələr Seyid Mirzəyə,
Bir gün saxlamaram, boşayaram mən…15079034_795620030576451_290232905261031597_n

 

Bastainfo.com

One thought on “Mirzə Sakit – “Cəhalət artdıqca gözüm yaş gəzir”

  • 03.12.2016 at 11:31
    Permalink

    Asking questions are in fact nice thing if you are not understanding anything completely, however this paragraph provides nice understanding even.|

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: