Türkiyədə qadınlar ayağa qalxdı – Ərdoğan geri çəkildi

Bu gün Türkiyə parlamentinin binası qarşısında qadınların etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları AKP iqtidarının uşaqlara cinsi istismar edənlərin zərər çəkənlə evlənəcəkləri təqdirdə cəzalanmalarının təxirə salınması təklifinə sərt etiraz ediblər.

Türkiyənin “Cumhuriyet” qəzeti xəbər verir ki, aksiya saatlarla davam edib.

Qadınlar parlamentin binasına girməyə cəhd edərkən polislə qarşıdurma yaranıb.

Vəziyyətin kritik həddə çatdığını görən Ərdoğan iqtidarı geriyə addım atıb. Aksiyanın davam etdiyi dəqiqələrdə AKP-nin qanun layihəsini geri aldığı haqqında məlumat yayılıb.

Xatırladaq ki, bu layihə azyaşlıları cinsi istismara məruz qoyduqlarına görə həbs olunan 4 minə yaxın cinayətkarın evlənmək şərti ilə azadlığa çıxmasını nəzərdə tuturdu.

Ötən həftə MHP və CHP millət vəkillərinin açıq səsvermə tələbindən sonra təklif səs çoxluğu ala bilməyib. Buna görə sözügedən qanun dəyişikliyinin bu gün qəbul olunacağı gözlənilirdi.

[Haber görseli]

Bastainfo.com



This post has been seen 3 times.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: