Dövlət Departamenti İlqar Məmmədovu azad eyməyə çağırır

Amerika Birləşmiş Ştatları Avropa Şurası, Avropa Birliyi və digərləri kimi noyabrın 18-də Azərbaycanın Ali Məhkəməsinin REAL Hərəkatının sədri İlqar Məmmədovun apellyasiyasına verdiyi imtina qərarına dair narahatlığını bildirir. Bu barədə ABŞ Dövlət Departamentinin REAL Hərəkatının sədri İlqar Məmmədovun veridiyi apellyasiyasına dair Ali Məhkəmənin qərarı ilə bağlı bəyanatında deyilir.

İlqar Məmmədov

“Biz Azərbaycan rəsmilərini cənab Məmmədova qarşı irəli sürülən bitün ittihamları aradan qaldırmağa, onun haqqında Avropa İnsan Haqları Məhkəməsinin 2014-cü ildə verdiyi qərara riayət etməyə və cənab Məmmədov da daxil olmaqla əsas azadlıqlardan yararlanmalarına görə həbsdə olan şəxsləri azad etməyə çağırırıq”, sənəddə qeyd edilir, – “Amerikanın səsi” məlumat verir.

bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: