Bakıda polis mayoru bıçaqlandı

Bakıda kafedə oğurluq etmək istəyən şəxslər polis mayorunu bıçaqlayıb.

“Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə ötən gecə Nərimanov rayonu Heydər Əliyev prospektində yerləşən kafedə baş verib.

Belə ki, 1979-cu il təvvəllüdlü Abdullayev Namiq Aydın oğlu tanışı 1974-cü il təvvəllüdlü Cəbrayılov Arif Etibar oğlu və 1985-ci il təvvəllüdlü Məsimov Kamil Zakir oğlu, adları açıqlanmayan iki qadınla birlikdə kafedə əyləşib.

Bu zaman kafeyə daxil olan İsmayıllı rayon sakini Əhmədyar Məhərrəmov qadınlardan birinə məxsus telefonu oğurlayaraq qaçmaq istəyib. Bunu görən N.Abdullayev onun arxasınca qaçıb və iaşə obyektinin çıxışında Ə.Məhərrəmovun qolundan tutub. Nəticədə onlar arasında əlbəyaxa dava düşüb. Ə.Məhərrəmovun küçədə gözləyən hələlik adı bilinməyən tanışı da davaya qoşulub və N.Abdullayevi döyüb. Bu münaqişəyə A.Cəbrayılov və K.Məsimov da qarışıb. Nəticədə Ə.Məhərrəmov və adı istintaqa məlum olmayan şəxs bıçaq çıxararaq N.Abdullayevə, A.Cəbrayılova və K.Məsimova bıçaq xəsarətləri yetirərək ərazidən qaçıblar.

Ağır xəsarət alan hər üç şəxs “Təcili yardım” maşını ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. N.Abdullayev və A.Cəbrayılovun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb. İdarənin 16-cı Polis Bölməsinin əməkdaşları Ə.Məhərrəmovu saxlayıb. Digər şəxsin axtarışlarına başlanılıb.

Qeyd edək ki, N.Abdullayev Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin Növbətçi Hissəsində mayor rütbəsi ilə fəaliyyət göstərir. Hadisə vaxtı o xidmətdə olub.

 

Bastainfo.com



This post has been seen 22 times.

4 thoughts on “Bakıda polis mayoru bıçaqlandı

  • 02.12.2016 at 16:20
    Permalink

    Definitely believe that that you stated. Your favourite justification seemed to be at the net the simplest factor to keep in mind of. I say to you, I definitely get annoyed at the same time as other folks consider concerns that they just do not know about. You controlled to hit the nail upon the highest and defined out the whole thing without having side effect , other folks can take a signal. Will likely be again to get more. Thanks|

    Reply
  • 07.12.2016 at 16:41
    Permalink

    Hiya very cool web site!! Man .. Excellent .. Amazing .. I’ll bookmark your blog and take the feeds additionally? I’m satisfied to find a lot of helpful info here in the post, we’d like work out more techniques in this regard, thanks for sharing. . . . . .|

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: