Deməsəm ölləm

Siyasi məhbus Rüfət Səfərovun anası Tahirə xanım tükürpədən yazı paylaşıb yenə. Yazıb ki, son iki ayda ona oğlu ilə ik dəfə açıq görüş verilib həbsxanada. Yəni, oğlu ilə şüşə arxasından yox, eyni otaqda görüşüb.

Yazıb ki, bağrıma basıb Rüfəti doyunca öpdüm, başına tumar çəkdim: “Bir dəqiqəyə yaxın heç danışmadıq. Ana-bala göz-gözə dayanıb bir-birimizə baxdıq. Həyəcanımı boğurdum, nələr çəkdiyimi, ağrılı qəlbimdən nələrin keçdiyini hiss etdirmək istəmirdim…”.

Bu dərdi anlayırıq, ona acıyırıq, yazılarımızla dəstək olmağa çalışırıq.

Bizim üçün tanış hisslərdi. Son 23 ildə əqidəsinə sadiq qalan hər bir müxalifətçi ailəsi bu iztirabları yaşayıb. Bu hələ harasıdı? İki oğlu eyni vaxtda şərlənərək həbs olunan anaların iztirabını da görmüşük. Həbsxanada müəmmalı şəkildə ölən müxalifətçi anasının iztirablarını da. Eyni vaxtda həm atanın, həm də qızının şərlənərək həbs olunduğu ailənin iztirablarını da. Həbsdə olan xanımına yemək bişirib “peredaça” aparan kişilərin iztirabını da.

Ötən illərdə sizin doğmalarınız bunu anlamırdı, hakimiyyətə xidmət edirdilər, necə ki indi də məmurlar, onların ailələri sizi anlamırlar.

Rüfətgillə qonşuyuq. Atası Eldar Sabiroğlu ilə həyətdə tez-tez rastlaşırıq. İndi münasibətimizi yaxşıdır. Amma deməsəm ölləm: Vaxt vardı ki, hər gün onun dalınca Müdafiə Nazirliyinin xidməti maşını gəlirdi. Həyətə maşının girməsi üçün yol olmayanda şlaqbaumun yanında düşüb gedirdi evinə. Bir dəfə üz-üzə gəldik. Onunla əks qütblərə mənsub olan jurnalistlər kimi hələ 90-lardan tanışıq. Salamlaşdıq, məndən hal-əhvalımı soruşdu. Dedim ki, hər addımda haqsızlıq varsa, nə əhvalımız olacaq?! Dedi ki, haqsızlıqla üzləşmək istəmirsənsə, keç biz tərəfə. Dedim ki, elə tərəfə görə olan münasibətin özü bir haqsızlıqdı. Çevrilib getmişdi…

Əliyev rejimi bir repressiya maşınıdır. Günahı oldu-olmadı, hətta “düzgün” tərəfdə olanlardan da hər kəs düşə bilər bura. İllər sonra rejimin ət maşınına Səfərovlar ailəsi də düşdü…

Əliyev hakimiyyətinin ən sadiq tərəfdarlarından olmuş Əli İnsanovun aqibəti göz qabağındadı; Heydər Əliyevin “hesabdarı” kimi tanınan Fərhad Əliyevin aqibəti göz qabağındadı; İlham Əlievin ailəvi dostları olan Anar Məmmədxanovun, Rza İbadovun, Heydər Babayevin, Cahangir Hacıyevin aqibəti göz qabağındadı; Qudası Eldar Mahmudovun da aqibəti göz qabağındadı.

Hüseyn Abdullayevin guruldayan vaxtları, nehrəmlilərin Müsavata hücumları yadınızdadı?! Mitinqlərin qənimi olan “Amay Abdulla” necə, yadınızdadı?!

Labüd bir sonluqdur və hər kəsi gözləyir. Fərd amili burda rol oynamır. Diktatura rejimlərində çevrənin getdikcə daralması qaçılmazdı.

Böhranın dərinləşməsi bu prosesi daha da sürətləndirib. Keçən il Cahangir Hacıyevi və onun bu rejimin dəstəkçisi olan müştərilərini tutub büdcəyə pul toplayırdılar. Bu il Əli Abbasov və onun çevrəsinin hesabına pul toplayırlar, bunun hesabına pensiya və maaşların bir hissəsini ödəyirlər. Gələn il də indi özündən deyən başqa oliqarxları yolacaqlar, başqa çıxış yolları yoxdu.

Eldar Sabiroğlu kimi pulu olmayan məmurlar isə bu hakimiyyətə heç dünəndən lazım deyil. Heydər Əliyevin hakimiyyətə gəlməsini tələb edən 91 deputatdan yalnız Arif Rəhimzadə “öz başının çibinini qoruya bilib”. Bu da ki, qaydanı inkar etməyən bir istisnadır.

Bakıda və bölgələrdə bu rejimə on illər boyu xidmət etmiş, amma adını belə bilmədiyiniz yüzlərlə məmur, yüzlərlə sahibkar həbsxanada çürüməkdədilər.

Deyirlər xalq ayılmalıdı, əslində xalq ayıqdı, bu rejimin dəstəkçiləri – məmurlar ayılmalıdı. Anlamalıdılar ki, Əliyev haklimiyyətinə xidmətin sonu həbsxanadır.  



This post has been seen 128011 times.

3 thoughts on “Deməsəm ölləm

  • 03.12.2016 at 13:50
    Permalink

    hey there and thank you for your info – I’ve definitely picked up something new from right here. I did however expertise some technical issues using this web site, since I experienced to reload the web site a lot of times previous to I could get it to load properly. I had been wondering if your web host is OK? Not that I am complaining, but slow loading instances times will often affect your placement in google and could damage your quality score if advertising and marketing with Adwords. Well I am adding this RSS to my email and can look out for much more of your respective fascinating content. Ensure that you update this again soon.|

    Reply
  • 07.12.2016 at 09:46
    Permalink

    217555 924205Youre so cool! I dont suppose Ive read anything such as this before. So good to get somebody with some original thoughts on this topic. realy we appreciate you starting this up. this fabulous site are some points that is required on the internet, somebody with a bit originality. beneficial function for bringing a new challenge on the world wide internet! 948918

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: