Gözəl Bayramlını təhdid edən şəxsə 12 sutka həbs cəzası verilib?

AXCP sədrinin müavini Gözəl Bayramlının, ona açıq telefondan zəng edilərək, ölümlə təhdid olunmasına dair şikayətinə cavab verilib.

“Dünən mənə Suraxanı polis idarəsindən məktub gəlib və yazıblar ki,  sizin şikayətinizlə bağlı cinayət işi qaldırılması rədd edilib və mənə zəng vurub təhdid edən şəxsə 12 sutka inzibati həbs verməklə işə xitam verilib”. Bunu Gözəl Bayramlı “Basta” əməkdaşının sualına cavab olaraq deyib.

Gözəl Bayramlı cəzalandırılan şəxsin kimliyi ilə bağlı suala cavabında, bunun əhəmiyyət kəsb etmədiyini deyib:

“O şəxs deyib ki, mənə bu nömrəni veriblər, sadəcə nömrənin kimə məxsus olduğunu bilməyib guya. Əslində nəticə hər şeyi deyir”, – Gözəl Bayramlı bildirib.

Gözəl Bayramlıdan polisdən ona göndərilən sənədin bizə göndərilməsini xahiş etdik. Bir müddət sonra AXCP yetkilisi  məktubun ilk səhifəsini “Basta”ya göndərməklə yanaşı, özünün feysbuk səhifəsində də dərc etdi.

– Gözəl xanım, sənəddə araşdırma haqqında nəsə yazılmayıb? Şəkildə görünür ki, onu başqa sənədə tikiblər. Həbs olunan şəxsin adı nədir deyirlər?

– Sənəddə sizə yazdığım kimi yazıblar, qısa məzmunu elədir. Hər hansı araşdırma aparılmayıb, sadəcə o adamın fikirləri əsas götürülüb.

– O adamın adını deməyiblər sizə?

– O adamın adını yazıblar və bu, heç nəyi dəyişmir. Əsas olan məsələyə yanaşmadır, maraqlı deyillər məsələni araşdırmağa.

– Amma hər halda maraqlıdır, kimin adını veriblər?

– Kiminsə adınıı yazmaq heç nəyi dəyişmir, kimdir o adam, məsələ budur.

– Siz hesab edirsiz ki, bu işə görə heç kim həbs olunmayıb? Yoxsa, hesab edirsiz ki, həbs olunan şəxsin sizə zəng vurulmasına aidiyyatı yoxdur?

– Araşdırılmayan bir iş haqqında nəsə demək  mümkün deyil. Əsas olan nəticədir və bu işlə bağlı cinayət işinin başlanmasının rədd edilməsi buna sübutdur. Kiməsə inzibati həbs verilməsi barədə əlimdə hər hansı sübut yoxdur.

Mustafa Hacıbəyli

Bastainfo.com

2 thoughts on “Gözəl Bayramlını təhdid edən şəxsə 12 sutka həbs cəzası verilib?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: