Qiyas İbrahimovu soyuq kameraya salıblar

Bu gün vəkil Elçin Sadıqov bildirib ki, “heykəl məhbusları” Qiyas İbrahimov və Bayram Məmmədovla görüşüb. Onların əhval ruhiyyələrinin normal olduğunu məlumat verən vəkil istilik sisteminin işləməsinə baxmayaraq, kameraların çox soyuq olduğunu deyib.

Elçin Sadıqov bu haqda öz facebook səhifəsində yazıb:

“Bu gün Bakı İstintaq Təcridxanasında Qiyas İbrahimov və Bayram Məmmədovla görüşdüm. Əhvalları yaxşı idi. Hər kəsə salamları var.

Bildirdilər ki, istilik sistemi işləməsinə baxmayaraq kameralar çox soyuqdur. Hətta kameraların hava keçən yerləri də var və həmin yerləri selofanla bağlayıblar ki, çox soyumasın kamera.

Qiyas İbrahimovun saxlanıldığı kameranı dəyişdirərək onu məhkum olunmuşların kamerasına aparıblar.

Barəsindəki hökm qüvvəyə minməməsinə baxmayaraq onu məhkum olunmuşların kamerasına aparmaqlarına baxmayaraq, anası ilə görüşü yenə də qanunsuz olaraq şüşə arxasından veriblər.

Qanuni qüvvəyə minməmiş hökmə istinad edirlərsə həmin hökmə əsasən onu yaxınları ilə şüşə arxasından deyil canlı görüşdürməli idilər.”

 

Bastainfo.com

 

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: