Rəsulzadənin nadir videogörüntüləri yayıldı

Müsavat Partiyasının feysbuk səhifəsində Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nadir videogörüntüləri yayımlanıb. 

Videonu şərh edən MSDM-in sədri İsa Qəmbər bu görüntünün 1940-cı ildə Almaniyada çəkildiyini ehtimal edib. 

“Mən bir balaca araşdırmağa çalışdım. Deyilənə görə bu video 1940-cı illərdə Berlində Fələstin müftisi Muhammed Emin el-Hüseyni’nin o zaman Almaniyada olan mühacir liderlərlə görüşü zamanı çəkilib”, – İsa Qəmbər bildirib.

Video-görüntünü təqdim edirik:



This post has been seen 23 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: