Avropa Məhkəməsi Azərbaycanla bağlı daha 7 qərar çıxarıb

Bu gün Avropa İnsan Haqları Məhkəməsi Azərbaycandan verilmiş şikayətlər üzrə daha 7 qərar çıxarıb.

Bu haqda “Basta”ya vəkil Nemət Kərimli məlumat verib.

Vəkil bildirib ki, qərarların 6-sı 2014-cü ildə Milli Şuranın aksiyası ilə əlaqədar həbs olunaraq, müxtəlif rayon məhkəmələri tərəfindən 10 sutkadan 20 sutkayadək azadlıqdan məhrum edilən AXCP üzvlərinə – İlham Hüseynov, Təzəxan Mirələmli, Bəhruz Həsənov, Tofiq Dadaşov, Türkel Əlisoy və Ağaverdi Ruşanova aiddir. Məhkəmə onların hər birinə 12 min avro mənəvi təzminat, hüquqi və digər xərclərə förə isə əlavə 6 min avro ödənilməsi haqqında qərar çıxarıb.

Avropa Məhkəməsi həmçinin “Basta”nın baş redaktoru Mustafa Hacıbəylinin 2 aprel 2011-ci il tarixdə Nəsimi Rayon Polis İdarəsinin rəis müavini Süleyman Nemətov və digər polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalması ilə bağlı qərar çıxarıb. Qərara görə, Mustafa Hacıbəyliyə mənəvi təzminat olaraq 10 min avro, hüquqi və digər xərclər üçün isə 3 min avro  ödənilməlidir.

Bastainfo.com



This post has been seen 5 times.

One thought on “Avropa Məhkəməsi Azərbaycanla bağlı daha 7 qərar çıxarıb

  • 25.11.2016 at 17:08
    Permalink

    Bu gündən etibarən mitinq olan kimi birinci güdəcəm haray salıb gözə soxulub tutulacam sonrada 10 12 min alıb kef edəcəm. Avro 2 manatdı ilə 2500 avro dan 4 il edir onuda verənə kimi avro olar 4 manat deməli ilə 10 000manat ƏLA QAZANC YERİ TAPILDI İŞSIZLƏRƏ

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: