Baş redaktor həbs edildi – VİDEO

Azel.tv-nin baş redaktoru Əfqan Sadıqov Qazax rayonun ərazisində saxlanılıb. Onu polis əməkdaşları Cəlilabad rayon Məhkəməsinə gətirilib.

Baş redaktora qarşı Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Əfqan Sadiqovun yaxınlarının Criminal.az saytına verdiyi məlumata görə, onu qurma cinayət işi əsasında həbs ediblər. Onun rayon icra hakimiyyətinin binasında qadını döydüyü bildirilir.

Qeyd edək ki, Əfqan Sadıqov Cəlilabad rayonunda baş verən özbaşınalıqları və rayon rəhbəri Əziz Əzizovun törədtiyi qanunsuz əməllərini Azel.tv saytında və şəxsi Facebook profilində işıqlandırırdı. Əfqan Sadıqovun həbsi məhz peşə fəaliyyətinə görə baş verdiyi iddia olunur.

 

 


 


This post has been seen 13 times.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: