Trump kabinetə ilk qadın kimi Nikki Haley və Betsy DeVos-u seçir

ABŞ-ın seçilmiş prezidenti Donald Trump gələcək administrasiyasına ilk qadın əməkdaşlar seçib.

Cənubi Carolina qubernatoru Nikki Haley BMT-də ABŞ elçisi və Betsy DeVos isə təhsil katibi təyin edilib. Onların hər ikisi cənab Trump-ın keçmiş tənqidçiləri olub.

Cənab Trump-ın prezident olaraq əsas rəqibi olan Ben Carson-nun da hər hansı posta təyin olunacağı gözlənilir.

“Amerikanı yenidən qüdrətli etməyə yardım etməkdə mənim rolumun nədən ibarət olacağı haqda elan gözlənilir”, cənab Carson öz facebook səhifəsində yazıb.

Cənab Trump çərşənbə axşamı tvit atıb ki, o “ciddi olaraq” cənab Carson-u ABŞ Departamentinin Yenidənqurma və Şəhərsalma vəzifəsində görür.

Ben Carson çərşənbə axşamı Nyu Yorkda yerləşən Trump Tower-də qonaq olubImage copyrightBEHAR ANTHONY/POOL
Image captionBen Carson çərşənbə axşamı Nyu Yorkda yerləşən Trump Tower-də qonaq olub

Xanım Haley və DeVos-un təyinatlarının Respublikaçılar tərəfindən idarə olunan Senatın təsdiqləməsi lazımdır.

Cənab Trump xanım Haley-i “təcrübəli danışıq aparan” insan adlandırıb və “çoxlu anlaşmalar əldə edəcəyinə” ümid etdiyini deyib.

Xanım Haley deyib ki, o təyinatının təsdiq olunmasına qədər gözləyəcək və ona qədər Cənubi Karolina qubernatoru kimi qalacaq.

Respublikaçıların praymerizi dövründə o, Florida senatı Marco Rubio və sonradan isə Texas senatoru Ted Cruz-u dəstəkləyib.

Xanım Haley həmçinin cənab Trump-ın müsəlman immiqrantlarla bağlı fikrini qəti tənqid edərək onu “qeyri-Amerikan” adlandırıb.

Buna cavab olaraq cənab Trump onu “qeyri-leqal immiqrasiyada çox zəif” adlandırmış və demişdi ki, Cənubi Karolina xalqı ona görə “utanır”.

44 yaşlı xanım Haley, Cənubi Karolinanın ilk azsaylı qadın qubernatoru olub.

Xanım DeVos da vəzifəyə təyinatından məmnunluq ifadə edib. O da seçki kampaniyası dövründə cənab Trump-ın rəqibləri olan Carly Fiorina, Marco Rubio və Jeb Bushni dətəkləyənlərdən olub.

Xanım DeVos da əvvələr cənab Trump və digər konservativlər tərəfindən kəskin tənqid edilən Ümumi təhsil baza standartlarını dəstəkləyənlərdən olub.

Buna baxmayaraq cənab Trump deyib ki, xanım DeVos “əla və həvəsli təhsil çarçısı ola bilər”.

 

Bastainfo.com



This post has been seen 1 times.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: