100 il əvvəl Azərbaycanda belə siyasətçilər olub

Azərbaycan Xalq Cumhuriyyətinin baş naziri, Müsavatın liderlərindən biri olan Nəsib bəy Yusifbəylinin 14 aprel 1919-cü ildə Parlamentin 29-cu iclasındakı çıxışı yayımalanıb. Çıxışı təqdim edirik:

“Deputat əfəndilər! Söz azadlığı, mətbuat azadlığı, yığıncaq azadlığı mədəni və demokratik bir dövlət təşkilinin başlıca şərtləridir. Bu xüsusda, zənn edirəm, hər kəsdən biz irəli gedirik. Azərbaycanda görülən bu azadlıqlar dünyanın heç bir tərəfində mövcud deyildir. Hökümət, təbii, müqəddəs olan bu azadlıqları qoruyacaqdır. Hər kəs nə yazırsa yazsın, hər kəs nə istiyirsə söyləsin, harada yığışırsa yığışsın, yalnız bir məsələ vardır ki, ona əl uzatmağa dözülə bilməz – o da Azərbaycan istiqlaliyyəti məsələsidir.

(Ümumi sürəkli alqış). Bu istiqlaliyyəti, millətin bu müqəddəs və qanuni haqqını təhqir etdirməməyə, bu ülvi hissiyatına toxundurmamağa hökümət var qüvvəsi ilə çalışacaqdır.

…Bu müqəddəs hürriyyətlərdən sui-istifadə edənlər məmurların deyil, ədliyyə məhkəmələrinin adilənə və qanuni qərarlarına tabe tutulacaqlardır.

Əfəndilər! Bu azadlıqların ən müqəddəsi, məlumi-ailələrinizdir ki, vicdan və şəxsiyyət azadlığı, mənzil toxunulmazlığıdır. Təbii, əqidə və vicdana aid məsələlər üçün demokratik cümhuriyyətimizdə kimsə təqib edilə bilməz”.

Bastainfo.com

 


This post has been seen 3 times.

One thought on “100 il əvvəl Azərbaycanda belə siyasətçilər olub

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: