Arif Hacılı: “Bütün bunların hesabı sorulacaq”

Heç kəs düşünməsin ki, dövran belə gəlib, belə də gedəcək. Bu sözləri Müsavat başqanı Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.

“Son illər Azərbaycanın iqtisadi inkişafından çox danışılırdı. İnkişaf səviyyəsi Qərbi Avropa ölkələri, ABŞ la müqayisə edilirdi. Biz deyəndə ki, çox uzağa getməyin, Baltikyanı ölkələrdə, Şərqi Avropada olan iqtisadi inkişafa nail olmağa cəhd edin, bizə gülürdülər. Çexiya Azərbaycandan kredit alır, deyirdilər. İndi dövlət borclarımız 7. 650 mln dollar, dövlət büdcəmiz isə 9 mld- dan bir qədər çoxdu. Büdcə 1 ildə 3 dəfəyədək azalıb. 2007- ci il səviyyəsinə enib. Bir ildə 10 il geriləmişik. Dövlət borclarımız isə 1 ildə 13. 67 faiz artıb”, – Arif Hacılı bildirib.

“Ölkə iqtisadiyyatını hakimiyyətdə olanların səriştəsizliyi, israfçılığı, korrupsiya və rüşvətxorluqla məşğul olması bu acınacaqlı duruma salıb. Yürüdülən bu siyasət milyadlarla neft gəlirləri olan, zəhmətsevər xalqımızı yoxsulluq və mərhumiyyətlər içində yaşamağa məhkum edib. Normal neft ölkələrində doğulan hər vətəndaşın yüz minlərlə bəzən daha çox vəsaiti var. Hər Azərbaycan vətəndaşı isə borclu olaraq dünyaya göz açır”, – Arif Hacılı yazıb.

“Heç kəs düşünməsin ki, dövran belə gəlib, belə də gedəcək. Bütün bunların hesabı ya tez ya gec, amma hökmən sorulacaq”, – Arif Hacılı bildirib. 

Bastainfo.com.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: