Azərbaycanlı məmur oğlu oliqarx qızı ilə göldə boğuldu – FOTO

Rusiya hökumətinin hüquq departamentinin azərbaycanlı rəisi Sübhi Şixlinskinin bacısının oğlu rusiyalı biznesmen Platon Lebedevin nəvəsi ilə İsveçrədə avtomobil qəzasına düşüb.
.
XəzərXəbər Rusiya KİV-lərinə istinadən xəbər verir ki, qəza İsveçrənin Luqano şəhəri yaxınlığında baş verib. Rusiyalı biznesmen Platon Lebedevin 19 yaşlı nəvəsi Diana Lebedeva və Rusiyanın azərbaycanlı məmuru Subhi Şixlinskinin 23 yaşlı qohumu Azər Yaqubovun olduğu BMW X6 markalı avtomobil yüksək sürət səbəbindən idarəetmə itirilərək körpüdən gölə aşıb. Xilasedicilər avtomobili bir neçə saat keçdikdən sonra tapa biliblər. Hadisə nəticəsində hər iki gəncin meyiti göldən çıxarılıb. 
 ə
 .
Azərbaycanlı Azər Yaqubovun qohumları meyitin tanınması məqsədilə artıq İsveçrədədirlər. Qohumlarının verdiyi xəbərə görə, Azər Yaqubov artıq 5 ildir ki, İsveçrədə yaşayır və magistratura dərəcəsində təhsil alırmış. 
23 yaşlı Azərin atası sonuncu dəfə oğlu ilə ölümündən bir gün əvvəl danışdığını bildirib. Onun sözlərinə görə, oğlu alkoqol qəbul etmirdi. 
.
“Diana Lebedeva ilə oğlumu ancaq dostluq münasibətləri bağlayırdı.” 
ş
Yaxın vaxtlarda hər iki gəncin cənazələri Rusiyaya gətirələcək.

One thought on “Azərbaycanlı məmur oğlu oliqarx qızı ilə göldə boğuldu – FOTO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: