“Azərpoçt”dan rəsmi etiraf: “Avropa Məhkəməsinə göndərilən şikayətləri itirmişik”

Siyasi məhbusların işi üzrə ixtisaslaşmış vəkillərin – Nemət Kərimlinin və Elçin Sadıqovun İnsan Haqları Üzrə Avropa Məhkəməsinə göndərilən şikayət ərizələrinin “Azərpoçt” tərəfindən itirilməsi ilə bağlı ötən həftə dərc etdiyimiz məlumatlar öz təsdiqini tapıb.

Bu gün Nemət Kərimli “Azərpoçt”un onun sorğusuna verilən rəsmi cavab məktublarını “Basta”ya təqdim edib. Hər iki cavabda bildirilir ki, Avropa İnsan Haqları Məhkəməsinə göndərilən şikayət ərizələri “çeşidləmə prosesində itirilmişdir”. Məktubda deyilir ki, itirilmiş poçt göstərişinə görə dəymiş maddi ziyanın ödənilməsi üçün 1 saylı Poçt filialına göstəriş verilib. 

nem%c9%99t-k%c9%99rimli-2-3“İyun ayında 52 saylı poçt vasitəsilə Avropa Məhkəməsinə Fuad Qəhrəmanlının işi ilə bağlı şikayət ərizəsi göndərmişdim. Amma bu məktub ünvana çatmadı. Əlimdəki bildirişlə poçta gedib məktubun taleyi ilə maraqlandıqda mənə rəsmən bildirdilər ki, çeşidləmə vaxtı məktubu itirmişik. Bundan sonra ərizəni sentyabrın 24-də 102 saylı poçt vasitəsilə göndərdim, amma bu məktubu da itirdikləri barədə mənə rəsmi cavab verdilər. Oktyabr ayında isə 1 saylı poçt vasitəsilə Amid Süleymanovun işi ilə bağlı Avropa Məhkəməsinə şikayət göndərmişdim. Bu gün mənə poçtdan bildirildi ki, məktubu itiriblər”, – Nemət Kərimli deyib.

Vəkil hesab edir ki, müxtəlif poçtlarda eyni məzmunlu məktubların itirilməsi təsadüfə oxşamır və burada hakimiyyətin əli ola bilər.

“Ola bilər ki, hakimiyyət tapşırıq verib ki, şikayət ərizələrinin bir qismi Avropa Məhkəməsinə çatdırılmasın. Əks təqdirdə poçt orqanları bu pozuntuya risk etməzdi”, – Nemət Kərimli deyib.

“Azərpoçt” Heydər Əliyevin heykəli üzərində yazı yazdığına görə həbs olunan Bayram Məmmədovun 19 noyabr 2016-cı il tarixdə Avropa İnsan Hüquqları Məhkəməsinə göndərdiyi 1,27 kq çəkidə RR0028283316AZ saylı şikayətini də “itirib. Bu barədə onun vəkili Elçin Sadıqov bildirib.

Qeyd edək ki, Avropa Məhkəməsi ilə yazışmalarda internet yox, poçt vasitəsilə aparılır. Avropa Məhkəməsində bir sıra işlər də olub ki, onlar üzrə icraat məhz sənədlərin ünvana “vaxtında təqdim olunmaması” səbəbilə dayandırılıb. 

Bəs poçt orqanları məktubların ünvana çatdırılmasına görə məsuliyyət daşımırmı? 

Bu sualı cavablandıran Nemət Kərimli deyir ki, poçt cüzi məbləğdə cərimə ödəməklə vəziyyətdən çıxır.

“Avropa Məhkəməsinin çıxara biləcəyi təzminat məbləği ilə müqayisə də, poçtun ödəyəcəyi cərimə çox kiçik məbləğdir. Əsas olan isə məsələnin siyasi tərəfidir. Ola bilər ki, hakimiyyət ərizələrin bir qismini bu üsulla sıradan çıxarmaqla, ölkədən Avropa Məhkəməsinə gedən şikayətlərin sayının azaldığını göstərməyə çalışır”, – Nemət Kərimli deyib.

Vəkil bildirib ki, bununla bağlı həm prokurorluğa, həm məhkəməyə, həm də Avropa Şurasına xüsusi müraciət olunacaq.

 

 

Mustafa Hacıbəyli

Bastainfo.com



This post has been seen 3 times.

2 thoughts on ““Azərpoçt”dan rəsmi etiraf: “Avropa Məhkəməsinə göndərilən şikayətləri itirmişik”

  • 26.11.2016 at 12:13
    Permalink

    I am so glad that I have stumbled upon your blog! I don’t even know where I found it at! Your blog is by far the best I have found yet with a very all inclusive assortment of useful things that I have been looking for. It’s def. on the top of my list for one stop shop blogs! Thanks for sharing 🙂

    Reply
  • 01.12.2016 at 06:17
    Permalink

    793079 326837Just wanna input on couple of common items, The internet site layout is perfect, the articles is quite superb : D. 345382

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: