Donetskdə “Dojd” telekanalının əməkdaşları yoxa çıxıb

Donetskdə Rusiyanln “Dojd” telekanalının çəkiliş qrupu yoxa çıxıb. sergey Yerjenkov və Vasili Polonski ilə cümə günü əlaqəyə çıxmayıblar.

Yoxa çıxmamışdan əvvəl Polonski çəkiliş qrupunun qondarma Dontsk xalq respublikasının Dövlət Təhlükəsizliyi Nazirliyi tərəfindən saxlanılmasını xəbər verə bilmişdi – tvrain.ru bildirir. Amma nazirliyinin qaynar xəttindən telekanalın əməkdaşlarına bildiriblər ki, cümə günü qurum həbslər həyata keçirməyib.

Telekanalın çəkiliş qrupu Donetskdə işləmək üçün həm Ukraina Təhlükəsizlik Xidmətindən,  həm də DXR İnformasiya Nazirliyindən akkreditasiya almışdır. Jurnalistlər DXR sərhəddini Ukraina tərəfdən keçmişdilər. Onlar Donetsk ərazisində efir və sayt üçün bir neçə süjet çəkməyi planlayırdılar. Cümə axşamı onlar DXT təhlükəsizlik şurasının katibi Aleksandr Xodakovski ilə müsahibəni lentə almışlar.

Xodakovski isə telekanala bəyan etmişdir ki, o, “təxmin edir ki, jurnalistləri profilaktik söhbətlər üçün saxlayıblar”. Zaxarçenkonun köməkçisi Alyona Alekseyeva isə jurnalistlərin həbsi barədə heç nə bilmədiyini söyləyib.

Azər İsmayıl, bastainfo.com



This post has been seen 5 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: