“Böyük” liderlər yox, böyük işlər görən peşəkar siyasətçilər lazımdır”

“Xalqların azadlığı, dövlətlərin inkişafı, insanların xoşbəxtliyi üçün “böyük” liderlər yox, böyük işlər görən peşəkar siyasətçilər lazımdır”

15203347_1441825245846061_1893420636679367574_nKuba azadlıq hərəkatının lideri Fidel Kastronun vəfatı dünyanın gündəmindədir. Dünyanın ən məhşur inqilabçılarından olan, diktator Fulgensio Batistonu devirən şəxs haqqında Müsavat başqanı Arif Hacılı öz facebook səhifəsində yazıb:

“Fidel Kastro 90 yaşında vəfat etdi.

Dünyanın ən məşhur inqilabçılarından, tanınan dövlət rəhbərlərindən biri idi.

Karib ölkələri rəhbərlərindən isə
yalnız onu demək olar ki, hər kəs tanıyırdı.

Lakin Kuba həm iqtisadi inkişaf , həm azadlıq, həm də əhalinin həyat səviyyəsi baxımından dünyada ən geridə qalmış ölkələrdən biridir.

Xalqların azadlığı, dövlətlərin inkişafı, insanların xoşbəxtliyi üçün “böyük” liderlər yox, böyük işlər görən peşəkar siyasətçilər lazımdır.”

 

Bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: