Sarkisyan Bakını işğal etməkdən danışdı

“Bizim Bakını tutmaq və kapitulyasiyaya məcbur etmək  kimi strateji məqsədimiz yoxdur, amma sarsılmaz zərbə endirə endirə bilərik”. Bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan hakim Respublikaçılar partıyasının bu gün keçirilən 16-cı qurultayında deyib.

Ermənistan mətbuatının məlumatına görə, Sarkisyan deyib ki, hərbi əməliyyatların bərpasına Ermənistanın ehtiyacı yoxdur: “Münaqişə yalnız sülh yolu ilə həll oluna bilər”.

“Aprel ayında bizim ordumuz onun qarşısında duran vəzifəni yerinə yerinə yetirə bildi, amma Azərbaycan ordusu, aqresiya nümayiş etdirsə də, qarşısına qoyduğu məqsədə çata bilmədi”, – Sarkisyan deyib.

“Biz silahlanma yarışına girmək fikrində deyilik, bunun mənası yoxdur. Bizim silahlı qüvvələrimizin qarşısında qoyulan vəzifələr aydındır və bu vəzifələri yerinə yetirmək üçün kifayət qədər resursumuz var”, – Sarkisyan deyib.

Bu çıxışdan sonra partiyanın rəhbərliyinə seçkilər keçirilib, Sarkisyan yenidən Respublikaçılar partiyasının sədri seçilib.

“Sarkisyanın Bakını tutmaq və Azərbaycanı kaputilyasiyaya məcbur edə bilmək iddialarına rəsmi Bakı konkret cavab verməlidir”. Bu sözləri “Basta”ya açıqlamasında Müsavat başqanının müavini Elman Fəttah deyib.

“Aydın məsələdir ki, Sarkisyanı əndazəni aşan, belə yüksək tonlu hədyanlara Kremil cəsarətləndirir. Digər tərəfdən isə açıqlamanın növbəti hissəsində o da aydın görünür ki, aprel döyüşlərində Ermənistan tərəfi çox ağır həyacan içərisində olub. Dolayısı ilə etiraf olunur ki, silahlanma imkanları baxımından Ermənistan ordusunun zəifliyi cəbhə xəttində üzə çıxıbmış. Belə bir müqayisə halında yaranan mənzərə budur ki, İlham Əliyevin Rusiyanın patronajlığı ilə aparılan danışaqlardan dərhal sonra hucum əməliyyatını dayandırma əmri verməsi bir tərəfdən məhz Sərkisyanı hökümətini xilas etmək məqsədi güdürmüş. Digər tərəfdən isə 100-dən çox hərbiçimizin şəhid olması reallığında əməliyyatın uğurlu nəticələnməsindən vaz keçməkdə İlham Əliyev məqsədinin, əslində torpaqları azad etmək yox, hansısa cari siyasi maraqlarını təmin etmək olduğu növbəti dəfə üzə çıxıb”, – Elman Fəttah bildirib.

Mustafa Hacıbəyli

Bastainfo.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: