Siyasi məhbusların daha bir siyahısı açıqlandı – 144 nəfər

Azərbaycanda Siyasi Məhbusların Vahid Siyahısının hazırlanması üzrə İşçi Qrupu siyasi məhbusların siyahısının yenilənmiş variantını təqdim edib.

İşçi qrupunun yaydığı məlumata görə, yenilənmiş siyahıya 144 nəfərin (bu ilin oktyabr ayında elan olunan siyahıda 139 nəfər idi) adı salınıb.

Məlumata görə, siyahıda İşçi Qrupun apardığı araşdırmalar nəticəsində cinayət təqibində siyasi motivlərin olduğu müəyyən olunan Siyasi məhbuslar bölməsindəki şəxslərin sayı 119-dur (bundan öncə 94 olub). Onlardan 6 nəfərijurnalist və bloger (6), 2 nəfəri şair və yazar (2), 1 nəfəri hüquq müdafiəçisi (1), 5 nəfərigənc fəal (5), 5 nəfəri siyasətçi (5), 86 nəfəri inanclı fəal (61), 3 nəfəri isə ömürlük həbs olunma cəzasına məhkum olunmuş (3) məhbuslardır. 11 şəxs (11) yuxarıdakı kateqoriyaların heç birinə aid olmadığı üçün digər siyasi motivlə həbs olunan şəxslər qrupuna aid edilib.

Məlumatda bildirilir ki, İşçi Qrupun potensial siyasi məhbus kimi tanıdığı, lakin sənədlərinə əl çatımlıqda çətinliklər yaranması səbəbindən işləri barədə məlumatları tam olmayan məhbuslar İşləri monitorinq altında olanlar bölməsinə salınıb. Bunların sayı 25-dir. Oktyabr ayında açıqlanan siyahıda onların sayı 45 idi. İşçi Qrupu həmin şəxslərin işlərini araşdıraraq onlardan 23-nü siyasi məhbus kimi tanıyıb. Həmçinin işləri monitorinq altında olan şəxslərin siyahısına daha 3 şəxsin adı salınıb.

İşçi Qrup bu ilin dekabr ayının sonunda siyahını bir də yeniləməyi nəzərdə tutur.

Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus, «Siyasi Məhbuslarsız Azərbaycan» İctimai Alyansının koordinatoru Oqtay Gülalıyev və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov oktyabrın 18-də siyasi məhbuslarla bağlı yeni siyahı təqdim etmişdi. Bu siyahıda 166 məhbus yer alıb.

Amnesty İnternational (Beynəlxalq Əfv) təşkilatı Azərbaycanda 13 nəfəri “vicdan məhbusu” elan edib.

Bastainfo.com



This post has been seen 15 times.

One thought on “Siyasi məhbusların daha bir siyahısı açıqlandı – 144 nəfər

  • 30.11.2016 at 19:36
    Permalink

    489348 463464I just couldnt depart your site prior to suggesting that I extremely enjoyed the standard information an individual provide for your visitors? Is gonna be back frequently in order to inspect new posts 448391

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: