Fidel Kastronun bacısı onun dəfnində iştirak etməyəcək

Fidel Kastronun bacısı Xuanita onun dəfnində iştirak etməyəcək.

Xuanita Kastro 1964-cü ildən ABŞ-da mühacirətdədir və o vaxtdan Kubada  olmayıb.

“Hər şeyə rəğmən qardaşımım ölümünə görə məyyusam, amma Kubaya qayıdacağım və dəfndə iştirak edəcəyim barədə deyilənlər yalandır”, – Xuanito Kastro deyib, Nuevo Herald məlumat verir. 

“Mən on illər biyunca Kubadakı sistemə müqavimət göstərmişəm. Ümid edirəm ki, indi biz bölücülükdən, qarşıdurmadan əl çəkib hamımızın adlaya biləcəyi bir yolu tapmağa qadir olacayıq”, – 83 yaşlı Xuanito Kastro deyib.

Kubanın keçmiş diktatoru Fidel Kastro noyabrın 26-da 90 yaşında vəfat edib. Onun dəfn mərasimi dekabrın 4-də olacaq.

Bastainfo.com

 

%d bloqqer bunu bəyənir: