Gədəbəydə sərnişin avtobusu aşıb, ölən və yaralananlar var

Gədəbəydə ölümlə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Dəyə Qarabulaq kəndinə gedən yolda qeydə alınıb.

Rayon mərkəzindən kənd istiqamətində hərəkət edən “KAvZ” markalı avtobus idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı avtobusun sürücüsü 1966-cı il təvəllüdlü Vüqar Alıməmmədov hadisə yerində ölüb.

Maşında olan sərnişinlərdən 5 nəfəri müxtəlif bədən xəsarətləri alaraq Şəmkir və Gəncədə olan xəstəxanalara yerləşdirilib.

Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Bastainfo.com



This post has been seen 8 times.

One thought on “Gədəbəydə sərnişin avtobusu aşıb, ölən və yaralananlar var

  • 07.12.2016 at 10:57
    Permalink

    975486 359258Id should verify with you here. Which isnt something I often do! I enjoy studying a publish that can make individuals think. Also, thanks for permitting me to remark! 799443

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: