Hollandiyada quş qripi təhlükəsi: 19 min quş məhv edilib

Yoluxucu H5N8 virusu halları Danimarka, İsveç, Almaniya və Finlandiyada qeydə alınıb.

Hollandiya Avropanın şimal ölkələrində quş qrupi virusunun yayılmasının qarşısını almaq məqsədilə 190 min ördəyi məhv edib.

Ördəklərin məxsus olduğu altı ferma paytaxt Amsterdamdan 70 kilomert şərqdə, Biddinghuizen kəndində yerləşir.

Yoluxucu H5N8 virusuna yoluxma halları Danimarka, İsveç, Almaniya və Finlandiyada qeydə alınıb.

Hollandiya höküməti deyib ki, onlar həmin kəndin 3 kilometr radiusunda olan quşları yoxlayırlar.

Həmçinin quşçuluq məhsullarının 10 kilomert radiusdan kənara çıxarılması qadağan edilib.

Quş qripi nədir?

“Avian influenza” – Quş qripi vəhşi və ev quşları arasında yayılan yoluxucu xəstəlikdir.

H5N8 virusuna yoluxma ilk dəfə Cənubi Koreyada 2014-cü ildə qeydə alınıb və sonradan Yaponiya, Şimali Amerika və Avropada yayılıb.

Ötən ay alimlər bildiriblər ki, quşların miqrasiyası xəstəliyə zəmin yarada bilər.

Araşdırmaçılar xəstəliyin Avropaya Asiyadan və Şimali Amerikaya isə Arktikadan quşlar vasitəsilə yayıldığını deyiblər.

Xəstə vəhşi quşlarla və ya onların nəcisi ilə təmas yoluxmağın ən əsas yoludur.

Narahat olmağa dəyərmi?

Əksər hallarda quş qripi insanlara keçmir, amma yüzlərlə insan H5N1 virusundan vəfat edib.

Səbəb isə insanların yoluxmuş xəstə quşlar və ya quşçuluq məhsulları ilə birbaşa və bilavasitə təmasıdır.

Bu xəstəliyin tam bişmiş yeməklərdən keçdiyi barədə dəlil yoxdur.

Həmçinin hələlik heç bir insan H5N8 virusu ilə xəstələnməyib, hərçənd Dünya Sağlamlıq Təşkilatı bu məlumatı istisna hesab edir.

Nə etmək lazımdır?

Dünya Sağlamlıq Təşkilatı məsləhət görür:

  • Quşçuluq məhsulları, xəstə vəhşi quşlarla təmasda olmayın, ölmüş quş gördükdə rəsmilərə məlumat verin
  • Əllərinizi hər zaman sabunla yuyun
  • Yemək təhlükəsizliyi və gigiyena qaydalarına riayət edin

 

Bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: