Tramp Fidel Kastronu amansız diktator adlandırıb

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Kubanın inqilabçı lideri Fidel Kastronu diktator adlandırıb və Kubanın rifahının yaxşılaşdırılmasına kömək edəcəyini vəd verib.

“Report” xəbər verir ki, o, Kubanın hələ də totalitar ölkə olaraq qalacağını bildirib.

Fidel Kastro cümə günü 90 yaşında vəfat edib.

“Bu gün dünya demək olar ki, 60 il öz xalqını əzən amansız diktatorun gedişini qeyd edir. Fidel Kastronun mirası güllələnmiş komanda, oğurluq, ağlasığmaz əzablar, yoxsulluq və insanlara onların əsas hüquqlarından imtinadır”, – deyə Trampın bəyanatında bildirilir.

Bununla belə, siyasətçi ümid etdiyini bildirib ki, Kuba tab gətirdiyi əzabları arxada qoyacaq və layiq olduğu azadlığına qovuşacaq.

 

Bastainfo.com



This post has been seen 8 times.

One thought on “Tramp Fidel Kastronu amansız diktator adlandırıb

  • 07.12.2016 at 17:44
    Permalink

    894373 392677Some genuinely good and utilitarian information on this internet web site , likewise I believe the style and style contains superb capabilities. 835066

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: