BMT-nin İnkişaf Proqramı və Avropa İttifaqı birgə tədbir keçirdi

Noyabrın 25-də Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə Bakıda “Qadın hüquqlarının həllində QHT-sosial media əməkdaşlığı” mövzusunda tədbir keçirilib.

“Təmiz Dünya” İctimai Birliyinin qadın sığınacağı mərkəzində təşkil olunan tədbir Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT İnkişaf Proqramının dəstəyilə həyata keçirilən “Həssas əhali qruplarının sosial-iqtisadi hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində, “İnternyus Servis”in təşəbbüsü ilə baş tutub.

Sığınacaqda məskunlaşan qadınların da qatıldığı tədbirdə Qadınlar Alyansının rəhbərliyindən professor Niyazi Mehdi, Bakı Şəhər İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Ərkinaz Əsədova, gender məsələləri üzrə ekspert Könül Alı, digər bir sıra QHT və media nümayəndələri iştirak ediblər.

Görüşün əsas məqsədi vətəndaş cəmiyyəti strukturlarının, xüsusilə qadın hüquqları ilə məşğul olan QHT-lərin sosial mediaya çıxışında, şəbəkələşməsində yaranan problemləri aşkarlamaq, qadın hüquqlarının həllində QHT-sosial media əməkdaşlığını təşkil etmək olub.

Tədbiri giriş sözü ilə açan “Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova insanları sosial mediada qadınlara yönəlmiş aqressiyadan yayınmağa səsləyib: “Qadın hüquqlarının pozuntusuna dair kriminal xarakterli xəbərləri ictimailəşdirərkən və şərh edərkən xüsusilə həssas olmaq lazımdır. Sosial şəbəkələrdə yayılan bir cümləlik xəbər və ya bir foto neçə-neçə adamın həyatını alt-üst edə biləcək gücə malikdir. Sosial mediada ictimai qınağın “ictimai linç” halını almaması üçün ailə, qadın və məişət zorakılığına dair informasiyalar həssas kateqoriyadan hesab olunmalı, hüquqi normalar və ictimai etika qaydalarına uyğun hazırlanmalıdır”.

Professor Niyazi Mehdi sosial mediada qadın hüquqlarına dair maarifləndirici sosial çarxlara və proqramlara ehtiyac duyulduğunu bildirib: “Sosial şəbəkə və ya vətəndaş cəmiyyəti fəalının zorakılıq qurbanının problemini anlaması, düzgün ictimailəşdirməsi üçün problemin mahiyyətini dərk etməsi lazımdır. Kütləvi informasiya vasitələrindən fərqli olaraq sosial şəbəkədə insanlar öz fikirlərini açıq-saçıq ifadə edə bilirlər. Bu da öz növbəsində bir sıra fəsadlar doğurur. Ona görə də qadın hüquqları üzrə ixtisaslaşmış QHT-lərin nümayəndələri və sosial media fəalları digər fəallara maarifləndirici təlimlər keçməlidir”.

Gender məsələləri üzrə ekspert, Müsavat Məclisinin gender komissiyasının sədri Könül Alı hesab edir ki, Azərbaycanda qadın hüquqlarının pozulmasına səbəb məhz gender balansının təmin olunmamasıdır.

Qadın problemlərinin mətbuata çıxarılmasında da yanlış tendensiyanın hökm sürdüyünü vurğulayan Könül Alı qadın hüquqları ilə məşğul olan QHT-ləri həmin yanlışlıqları aradan qaldırmaq üçün birgə fəaliyyətə səsləyib. O bildirib ki, “Daha bir qadın cinayəti”, “Qadın qatil oldu” tipli tez-tez təkrarlanan başlıqlarla yayılan məlumatlarda əslində baş vermiş qanlı hadisələrin mahiyyəti əksini tapmır, çünki istintaq davam etdiyindən təfərrüat bəlli olmur: “Digər tərəfdən, hadisədə adı keçən şəxslərin ailə üzvləri məsələnin ictimailəşməsini istəmədiklərinə görə jurnalistlərdən qaçırlar. Bu yerdə QHT-lər hərəkətə keçməli, cinayət tam araşdırılandan sonra həqiqətin ictimaiyyətə çatdırılmasına yardımçı olmalıdır”.

Könül Alı qadın problemlərinin həlli ilə bağlı dövlət orqanlarının həyata keçirməli olduğu xüsusi proqramın hazırlanaraq ictimai müzakirəyə çıxarılmasını da vacib sayıb.

“Qadın hüquqlarının həllində QHT-sosial media əməkdaşlığı” tədbirində zorakılıq qurbanı olan qadınlar da təkliflərlə çıxış ediblər. Onlar xüsusi istedad və bacarıqla düzəltdikləri əl işlərini tədbir iştirakçılarına nümayiş etdirərək həmin işlərin satışına yardım göstərilməsi üçün sosial şəbəkələrdə yeni PR kampaniyasının təşkil olunmasını istəyiblər. Zorakılıq qurbanları bildiriblər ki, əl işlərinin internet vasitəsilə satışının aparılması onların sosial təminatının yaxşılaşdırılmasına stimul verərdi.

Tədbirin sonunda müzakirələr nəticəsində birgə təkliflər planı hazırlanaraq imzalanıb.

d8nz4d24626615271319_1338836306126974_1348467903_oyyyybklmqz0l7nbzx9bq23BMT-nin İnkişaf Proqramı və Avropa İttifaqı

28.11. 2016

Bastainfo.com



This post has been seen 11 times.

One thought on “BMT-nin İnkişaf Proqramı və Avropa İttifaqı birgə tədbir keçirdi

  • 09.12.2016 at 16:39
    Permalink

    212825 707685I discovered your weblog website on google and check a couple of of your early posts. Proceed to preserve up the superb operate. I just additional up your RSS feed to my MSN Info Reader. In search of forward to reading extra from you later on! 196914

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: