Hakerlər Yaponiya Müdafiə nazirliyinin kompüter sistemini sındırıblar

Naməlum hakerlər Yaponiya Müdafiə Nazirliyi və Özünümüdafiə Qüvvələrinin kompüter sistemini sındırıblar.

APA-nın “Kyodo” agentliyinə istinadən verdiyi xəbərə görə, kiber-hücumun təsirini qiymətləndirən mütəxəssislər onun peşəkarlar tərəfindən həyata keçirildiyini, arxasında xarici ölkənin durduğunu ehtimal edirlər.

Hazırda Yaponiyanın güc strukturlarında təhlükəsizlik tədbirləri gücləndirilib. Hərbi qulluqçulara İnternetə daxil olmaq qadağan edilib.

Məlumata görə, son zamanlar Yaponiyanın dövlət və özəl qurumlarına qarşı kiber-hücumların sayı artıb.

 

Bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: