Hakerlər Yaponiya Müdafiə nazirliyinin kompüter sistemini sındırıblar

Naməlum hakerlər Yaponiya Müdafiə Nazirliyi və Özünümüdafiə Qüvvələrinin kompüter sistemini sındırıblar.

APA-nın “Kyodo” agentliyinə istinadən verdiyi xəbərə görə, kiber-hücumun təsirini qiymətləndirən mütəxəssislər onun peşəkarlar tərəfindən həyata keçirildiyini, arxasında xarici ölkənin durduğunu ehtimal edirlər.

Hazırda Yaponiyanın güc strukturlarında təhlükəsizlik tədbirləri gücləndirilib. Hərbi qulluqçulara İnternetə daxil olmaq qadağan edilib.

Məlumata görə, son zamanlar Yaponiyanın dövlət və özəl qurumlarına qarşı kiber-hücumların sayı artıb.

 

Bastainfo.com



This post has been seen 10 times.

One thought on “Hakerlər Yaponiya Müdafiə nazirliyinin kompüter sistemini sındırıblar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: