İdman dərslərinin saatı niyə artırılır?

Kamran Əsədov: “Orta məktəblərin əksəriyyətində idman dərslərinin keçirilməsi üçün normal şərait yoxdur”

Gələn ildən təhsil müəssisələrində, o cümlədən, ümumtəhsil məktəblərində idman dərslərinin saatı artırılacaq.“Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası” layihəsində belə nəzərdə tutulur. “Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası”nın yaxın vaxtlarda Milli Məclisdə müzakirə olunacağı gözlənilir. Sənədə görə, ölkənin təhsil müəssisələrində bədən tərbiyəsi dərslərinin saatları artırılacaq. Eyni zamanda bədən tərbiyəsi və idmanın inkişafı, yüksək səviyyəli idmançılar hazırlanması sahələri üzrə elmi tədqiqatların aparılması, idman təhsil sahəsində qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi və tətbiq edilməsi nəzərdə tutulur.

Ekspertlər orta məktəblərdə ciddi fənlərdən fərqli olaraq idman dərslərinin saatının artırılacağını anormal addım kimi qiymətləndirilir. Bunun əvəzində ciddi elmi fənlərə üstünlük verilməlidir.

“Şagirdlər peşə öyrənməyə yönləndirilməlidir”

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov “Cümhuriyət” qəzetinə bildirib ki, bu gün Təhsil Nazirliyinə tabe olan 4400 orta məktəb var. Amma onların yarıdan çoxunda idman dərslərinin keçirilməsi üçün normal şərait yoxdur: “Belə olan təqdirdə fənnin tədrisin genişləndirilməsinə gərək yoxdur. Bildiyiniz kimi, orta məktəblərdə tədris proqramı ilin əvvəlində müəyyən olunur. Bu zaman şagirdlərin yaşı, psixoloji durumu və götürmə qabiliyyəti əsasında tədris yükü müəyyən edilməlidir. Son illər ərzində Təhsil Nazirliyi orta məktəblərdə tədris olunan fənlərin sayı ilə bağlı müəyyən addımlar atmağa başlayıb. Bunu zəruri edən amillərdən kurrikulumun tətbiqi hesab olunur. Əlbəttə ki, bizim müstəqillik dövründə orta məktəblərdə həyata keçirilən tədris sovet dövründən qalan sistemdir. Buna görə də, dünyaya inteqrasiya proseslərinin tənzimlənməsi istiqamətində bu kimi addımların atılması normaldır. Amma bu inteqrasiya bədən tərbiyəsi dərsinin saatlarının artırılması ilə həyata keçirilməməlidir. Əvvəllər orta məktəblərdə “Konstitusiya” fənni tədris olunurdu ki, bu məktəbli şagirdlərin hüquqi maarifləndirilməsinə xidmət edirdi. Son tədris ilindən “Konstitusiya” dərsləri ləğv edilib onun saatları musiqi dərslərinə verildi. Bundan başqa orta məktəblərdə şahmat dərsləri keçilməyə başlandı. Bunun əvəzində isə yenədə şagirdlərin iqtisadi bilikləri öyrənməsi üçün vacib olan iqtisadiyyat dərsləri ləğv edildi. Hesab edirəm ki, orta məktəblərdə tədris olunan fənlər şagirdlərin abituriyent kimi hazırlanması üçün yox, həyata hazırlanmasına, peşə öyrənilməsinə yönəldilməlidir”.

Ekspertin sözlərinə görə, müstəqillik əldə etdiyimiz 25 ildə orta məktəbi bitirib və bədən tərbiyəsi dərsi ilə məşğul olub hansısa beynəlxalq yarışın qalibi olan şagird yoxdur: “Düzdür, məktəblilər arasında dünya və Avropa çempionu var. Lakin onlar orta məktəbdəki idman dərslərinin sayəsində yox, dərsdən sonra getdikləri idman məktəbləri və kurslarının sayəsində baş verib. Ona görə də, hesab edirəm ki, ciddi elmi fənlərin sayının azaldılması ilə qeyri-elmi dərslərin dərs saatının artırılması düzgün deyil. Daha çox texnologiyalara aid, məntiqə aid dərslərin sayı və saatı artırılsa, məqbul olardı”. Məlumatı Cəbhə.info yayıb.

 

Bastainfo.com



This post has been seen 12 times.

One thought on “İdman dərslərinin saatı niyə artırılır?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: