Lukaşenko “yaxın saatlarda” Bakıya gələcək

Belarus prezidentinin “yaxın saatlarda” Azərbaycana çatacağı gözlənilir, ölkənin Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən BBC Azərbaycancaya verilən məlumatda deyilir.

Məlumata görə, iki ölkə prezidentlərinin təkbətək görüşü bugün baş tutacaq və “görüşdən sonra mətbuata açıqlama veriləcək”.

Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri iki gün davam edəcək.

“Prezidentlər iki ölkə arasındakı əlaqələri, həmçinin iqtisadi-ticarət, kənd təsərrüfatı, idman və investisiya layihələrində qarşılıqlı münasibətlərin inkişaf perspektivləri sahəsindəki vəziyyəti müzakirə edəcək”, Belarus prezidentinin rəsmi saytı yazır.

Danışıqların nəticəsi olaraq bir neçə beynəlxalq sənədlərin imzalanması gözlənilir.

Səfər çərçivəsində cənab Lukaşenkonun Azərbaycanın baş naziri Artur Rasi-zadə ilə də görüşü planlaşdırılır.

 

Bastainfo.com



This post has been seen 10 times.

2 thoughts on “Lukaşenko “yaxın saatlarda” Bakıya gələcək

  • 01.12.2016 at 03:56
    Permalink

    116333 377859dog grooming could be the specialty of my sister, she genuinely loves grooming every dog in our house 978182

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: