Metroda qiymət artımı barədə məlumatlar təsdiqlənmir

Bakı metrosunda yanvarın 1-dən gedişhaqqının artacağı barədə məlumatlardan əlaqədar qurumların xəbəri yoxdur.

Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Bizimyol.info-ya açıqlamasında bildirib ki, yanvarın 1-dən metroda gediş haqlarının artması xəbərini elə mətbuatdan eşidiblər: “Bu haqda heç bir məlumatımız yoxdur”.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev isə mətbuata açıqlamasında bildirib ki, metroda gediş haqqının dəyişdirilməsi məsələsi hazırda Tarif Şurasında müzakirə olunmur. A. Əliyev onu da əlavə edib ki, ümumiyyətlə, bu gün sərnişindaşıma ilə bağlı hər hansı məsələ Tarif Şurasında müzakirə mövzusu deyil.

Qeyd edək ki, son günlər bir sıra mətbuat orqanlarında iqtisadçı ekspertə istinadən yanvarın 1-dən Bakı metrosunda gedişhaqlarının artacağı barədə məlumat yayılıb.

Müşahidəçilər ehtimal edir ki, bu tipli məlumatların tədavülə buraxılması qiymət artımı üçün ictimai rəyin hazırlanmasına yönəlib.

Əlavə edək ki, qonşu dövlətlərdə böhranın dərinləşməsi ilə əlaqədar bir sıra tariflərin endirilməsi prosesinə start verilib. Məsələn, qonşu Ermənistanda əhaliyə verilən təbii qazın qiymətinin 2017-ci ilin yanvarın 1-dən etibarən endirilməsi barədə qərar qəbul olunub.  

Bastainfo.com    



This post has been seen 19 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: