Metropoliten ildə 70 milyon manatı hara xərcləyir?

Metroda gedişhaqqı niyə bahalaşmalıdır axı?! Hansı xərcləri artıb? Bəlkə elektrik enerjisini dollarla alırlar? Bəlkə metro işçilərinə dollarla maaş verilir? Nə dəyişib axı?!

Bir-iki istisnanı nəzərə almasaq, sovet hökumətindən qalan vaqonlardan, stansiyalardan, relslərdən, naqillərdən istifadə edirlər. Doğma Kür axır, Mingəçevirdə generatorları işlədir, metro da işləyir. Hansı xərclərin artmasından danışırlar?

Bir termin düşünüblər – “metroda 1 nəfərə düşən xərc”. Əvvəl deyirdilər ki, guya bizdə bir sərnişinə düşən xərc 55 qəpikdir, indi deyirlər ki, 72 qəpiyə çatıb. Ağıllı ekspertlər bu göstəricini Avropadakı, MDB-dəki göstəricilərlə müqayisə edirlər, amma demirlər ki, bu nə axmaq hesablama qaydasıdır axı?!

Metroda bəzən hər voqonda 1-2 nəfər gedir, bəzən isə basabasdan qatara minmək olmur, amma hər iki halda çəkilən xərc eynidir.

Adambaşına düşən xərci hesablamaqdansa, hər reysin xərcini, yaxud gündəlik, aylıq xərcləri bəndlər üzrə hesablayıb açıqlamaq düzgün olmazmı?!

Bir nəfərə düşən xərcin 55 qəpik olması haqqında əfsanə hələ 2009-cu ildə uydurulub. Amma o vaxtdan metroda qiymət 15 qəpik, 2012-ci ildən isə 20 qəpik olub. Bu necə mümkün olub? Son 7 ildə metropoliten idarəsinin rəhbərliyi dədələrindən qalan pul hesabınamı bu fərqi ört-basdır edib?

Zamanında mətbuatda bununla bağlı hesablama aparılmışdı. Hesablamada Bakı Metropoliten İdarəsinin keçmiş rəisi Tağı Əhmədovun açıqladığı rəqəmlərə istinad edilmişdi. Rəis bildirmişdi ki, bir sərnişin daşınma xərci 55 qəpikdir. Onun sözlərinə görə, hər gün orta hesabla metrodan 600 min nəfər sərnişin istifadə edir. Bu isə təxminən ildə sərnişinlərin metrodan 220 milyon dəfə istifadə etməsi deməkdir. Əgər Tağı Əhmədovun dediyi kimi, bir nəfərin daşınma xərci 55 qəpik olsaydı, onda metropolitenin saxlanması üçün ildə 121 milyon manat gərək idi. Deməli, 121 milyon manatın 44 milyonu sərnişinlərdən əldə ediləcək. Bəs qalan 77 milyon necə olur? O pulu kim verir? Axı, metropolitenə dotasiya olaraq ildə 15-16 milyon manat ayrılır. Deməli, metropoliten 49 milyonla yaşamaq iqtidarındadır. Bu isə deməyə əsas verir ki, bir sərnişinin daşınması üçün gediş haqqı 22 qəpik olmaldıır. Bəs, 2 qəpiyi necə əldə olunur?

Məlum məsələdir ki, metropolitenin gəlirləri təkcə sərnişin daşınmasından ibarət deyil. 20 Yanvar və 28 May stansiyalarındakı metro keçidlərindəki ticarət obyektlərindən və reklamdan gələn gəlirləri də bura daxil etmək lazımdır.

Metronun hər girişində onlarla “Bakı kart” aparatı var. Əksər hallarda bu aparatların önündə növbə olur. Səhər tezdən gecəyədək xəzəl kimi pul tökülür bu aparatlara.

“Bakı Metropoliteni” QSC-nin Mətbuat şöbəsinin rəisi Nəsimi Paşayevin verdiyi məlumata görə, yay ayları istisna olmaqla, metrodan gün ərzində 800-850 min sərnişin istifadə edir (“Trend”). Ehtimal ki, əslində metrodan istifadə edənlərin sayı daha çoxdur – bura Azərbaycandır, metroya minənlərin sayının ictimai monitorinqini aparan bir qurum olmayıb indiyədək. Amma hətta etiraf olunan bu rəqəmin həqiqiliyinə inansaq belə, metropolitenin böyük pullar gətirdiyini deyə bilərik.

Gün ərzində 800-850 min sərnişin 160-170 min manat, ayda təqribən 5 milyon manata yaxın məbləğ deməkdir.

Dövlət büdcəsindən dotasiya adı altında hər il ödənilən 15-16 milyon manatı da nəzərə alsaq, illik ümumi bəbləğin təqribən 70 milyon civarında olduğunu görərik.

Bu qədər pulu Bakı Metropoliten İdarəsi hara xərcləyir? Hər sərnişinə düşən abstrakt xərclərdən danışmaqdansa, bu 70 milyon yaxın vəsaiti konkret hara xərclədiklərini desinlər, bilək!

Mustafa Hacıbəyli

Bastainfo.com



This post has been seen 14 times.

One thought on “Metropoliten ildə 70 milyon manatı hara xərcləyir?

  • 07.12.2016 at 16:39
    Permalink

    335179 269472quite very good put up, i in fact really like this internet internet site, maintain on it 523855

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: