Müsavat zona müşavirələri keçirəcək

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

Partiyanın mətbuat xidmətindən “Basta”ya verilən məlumatda bildirilir ki, iclasda əvvəlcə Cənubi Azərbaycanda qatar qəzasında həlak olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Divan üzvü Razim Əmiraslanlı həftə ərzində görülən işlərlə bağlı məlumat verib. Təşkilati işlərin geniş müzakirəsinə yer ayrılan toplantıda təşkilatlanma işinin gücləndirilməsi, zona müşavirələrinin keçirilməsi haqda tapşırıqlar verilib, bir sıra rayon təşkilatlarındakı vəziyyəti araşdırmaq üçün həmin təşkilatların sədrlərinin Divanın növbəti toplantısına dəvət olunması qərara alınıb.

Başqan Arif Hacılı ölkəmizdə rəsmi səfərdə olan ABŞ dövlət katibinin müşaviri xanım Bricit Brinklə görüşü barədə ətraflı məlumat verib. Görüşün yüksək səviyyədə keçməsi xüsusi vurğulanıb.

Divanda  ölkədə və regionda baş verən ictimai-siyasi məsələlər müzakirə olunub.

bastainfo.com



This post has been seen 1 times.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: