Yaddaşı zəiflədən qidalar

Hazırda bir çox insanlar yaddaş zəifliyindən şikayət edir. Gərginlik, stress, yorğunluq, informasiya çoxluğu və digər səbəblər yaddaşı zəiflədən amillərə daxildir. Yaddaşın yaxşılaşdırılması üçün düzgün qidalanmaq vacib faktorlardan biri olsa da, bəzi qidalar yaddaş zəifliyi yaradır. Yaddaş zəifliyi yaradan qidaları təqdim edirik:
Şəkər: “Şəkərin ləzzətli bir qida olduğunu inkar edə bilmərik. Lakin şəkər dadlı olduğu kimi orqanizm üçün ziyanlı olan qidalar sırasına daxildir. Belə ki, şəkər bədəndə artıq çəki yaratmaqla yanaşı, beynin fəaliyyətinə mənfi təsir göstərir. Türkiyə universitetlərinin birində aparılan araşdırılmalara görə, şəkərin tərkibində olan fruktoza beynin fəaliyyətini zəiflətdiyi üçün insanda yaddaş zəifliyi əmələ gətirir.
Yaddaşı zəiflədən qidalar sırasına çipsi, pizza, fast food və digərləri daxildir. Bu qidalar daha çox uşaqlar tərəfindən qəbul edildiyi üçün həkimlər onların qidalarına daha çox diqqət yetirmələrini tövsiyə edir. Uşaqların beyni daima inkişafda olduğu üçün bu qidaların qəbulu azyaşlılarda yaddaş zəifliyi əmələ gətirir.
Araşdırmaçılar qızarmış yeməklərdən də uzaq durmağı məsləhət görür. İspaniyada aparılan araşdırmalara görə, qızarmış yeməklər yaddaş zəifliyi ilə yanaşı, Alzheimer, Pankinson kimi nevroloji xəstəliklər də yaradır.
Bastainfo.com

One thought on “Yaddaşı zəiflədən qidalar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: