Arif Hacılı hakimiyyəti İslam Oyunları və Formula 1 yarışlarını keçirməkdən imtina etməyə çağırdı

“Yanlış iqtisadi siyasət, səriştəsizlik, sahələr üzərində monopoliya, korrupsiya, israfçılıq, rüşvətxorluq ölkə iqtisadiyyatını çıxılmaz duruma salıb. Hakimiyyət birdən- birə 3 dəfə azalan dövlət büdcəsini də doldura bilmir. İslahatlar aparmaq, bu barədə verilən təklifləri müzakurə etmək əvəzinə yenə də əhalinin cibinə girmək, xalqın son ehtiyatlarını da əlindən almaq yolunu tutur.”

Müsavat başqanı Arif Hacılı hazırki böhran şəraitində İslam Oyunları və Formula 1 yarışlarını keçirməyi planlaşdıran hökuməti bu oyunlardan imtina etməyə çağırdı. Arif Hacılı bu haqda öz facebook səhifəsində yazıb:

“Ölkədə enerji daşıyıcılarının qiymətlərini 1 nazir, 7-8 nazir müavinindən ibarət olan Tarif Şurası müəyyənləşdirmir. Hər kəs bilir ki, qazın və işığın qiymətlərinin artırılması ilə bağlı son qərar dövlət başçısının qərarıdır.

Hakimiyyətin bu tipli qərarları suda boğulanın saman çöpünə əl atmasına bənzəyir.

Yanlış iqtisadi siyasət, səriştəsizlik, sahələr üzərində monopoliya, korrupsiya, israfçılıq, rüşvətxorluq ölkə iqtisadiyyatını çıxılmaz duruma salıb. Hakimiyyət birdən- birə 3 dəfə azalan dövlət büdcəsini də doldura bilmir. İslahatlar aparmaq, bu barədə verilən təklifləri müzakurə etmək əvəzinə yenə də əhalinin cibinə girmək, xalqın son ehtiyatlarını da əlindən almaq yolunu tutur.

Aylar öncə demişdim ki, biz hələ böhrana tam daxil olmamışıq, böhran hələ irəlidədir. Yenə deyirəm ki, böhranın ağır nəticələri hər ay özünü daha qabarıq şəkildə göstərəcək.
Qiymət artımı ilə əhalinin qarət edilməsi vəziyyəti xilas etməyəcək.

Bəzi partiyalar Avropa oyunlarını alqışlayıb digərləri susanda biz bu oyunları baykot etdik, hakimiyyəti bu oyunlardan imtina etməyə çağırdıq. Bizi eşitmədilər.

Avropa oyunları siyasi məhbusların azadlığa buraxılmaması, fundamental insan haqlarlnın pozulması fonunda keçirildiyindən Azərbaycana, hətta bu oyunları canfəşanlıqla keçirən hakimiyyətə də ciddi siyasi ziyan vurdu. Milyardlarla vəsaitin xərclənməsi ölkədə maliyyə qıtlığı yaratdı, Maliyyə – bank sisteminin çökməsinin səbəblərindən biri də budur.

İndi məlum olur ki, həmin dövrdə ölkəyə turist axını da nəinki artmayıb, əksinə 15 faizədək azalıb.

İndi deyirik:

Siyasi partiyaların, vətəndaş cəmiyyətinin, iqtisadi ekspertlərin, xalqın çağırışlarını eşidin, siyasi və iqtisadi islahatlarla bağlı irəli sürülən çoxsaylı təkliflərin müzakirəsi üçün dərhal məsləhətləşmələrə başlayın.

İlk olaraq isə İslam Oyunları və Formula 1 yarışlarını keçirməkdən imtina edin.”

 

Bastainfo.com



This post has been seen 33 times.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: