Fitch: “Neft 2017-ci ildədə ucuzlaşmaqda davam edəcək”

“Fitch” beynəlxalq reytinq agentliyi neft qiymətlərinin 2019-cu ilə qədər 60 dollar/barelə kimi artacağını ehtimal edir. “Report”  “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bununla yanaşı Agentlik 2017-ci ildə neftin ucuzlaşmasının davam edəcəyini istisna etmir.

Agentliyin hesabatında həmçinin bildirilir ki, neft qiymətlərinin 65 dollar/barelə yüksəlməsi üçün isə uzun müddət tələb olunacaq. “Fitch” 2017-ci ildə neftin orta qiymətinin 45 dollar, 2018-ci ildə 55 dollar olacağını proqnozlaşdırır. 

Hesabatda 2017-ci ilin ilk yarısında neft bazarında tələblə təklifin tarazlanacağı qeyd olunub. Bununla yanaşı bildirilir ki, ABŞ-da şist neft hasilatının artması və neft ehtiyatlarının artan həcmi gələn il qiymətlərin aşağı düşməsinə səbəb ola bilər və yalnız bundan sonra qiymətlər arta bilər.

 

Bastainfo.com



This post has been seen 4 times.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: