Müsavat başqanı yubilyarı təbrik etdi

Hörmətli Valeh bəy!

Sizi 50 illik yubileyiniz münasibəti ilə təbrik edir, Sizə uzun ömür can sağlığı, işlərinizdə uğurlar arzulayıram. Siz gənc yaşlarınızdan Azərbaycan Xalq Hərakatının fəal iştirakçısı kimi ölkəmizin istiqlalı uğrunda mübarizə aparmısınız. Müsavat Partiyası bərpa olunduqdan sonra isə onun sıralarına qoşularaq ölkədə hüquqi dövlətin, demokratik cəmiyyətinin qurulması uğrunda gedən mübarizənin ön sıralarında olmusunuz.

İndi də Müsavat Partiyası Masallı rayon təşlilatının NTK sədri kimi rayon təşkilatının güclənməsi, partiyanın qərarlarının icrası, müsavatçılığın təbliği, sıralarımızın genişlənməsi və digər sahələrdə ciddi işlər görürsünüz. Siz partiyanın iştirak etdiyi bütün seçkilərdə, eyni zamanda 2003-cü ildə keçirilən prezident seçkilərində komissiya üzvü kimi saxtakarlıqların qarşısının alınması üçün mübarizə aparmısımız. Siyasi fəaliyyətiniz dövründə üzləşdiyiniz təzyiqlər zamanı nümayiş etdirdiyiniz cəsarət və əqidəyə sədaqətiniz xüsusi ilə təqdirəlayiqdir. Fəal həyat mövqeyiniz, işgüzarlığınız, prinsipiallığınız partiyadaşlarınız və Sizi tanıyanlar arasında Sizə böyük nüfuz qazandırıb. Siz həmçinin qayğıkeş ata, baba və gözəl ailə başçısısınız. Övladlarınız, nəvələriniz və sizi tanıyan insanlar həmişə sizinlə qürur hissi keçirilər.

Hörmətli Valeh bəy!

Sizi bir daha doğum günü münasibətilə təbrik edir, Sizə şəxsi həyatınızda xoşbəxtlik və apardığınız bu şərəfli mübarizədə uğurlar arzulayıram”.

Bastainfo.com



This post has been seen 14 times.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: